En Eski Ümmi Əbiha Sözleri ve Alıntıları

En Eski Ümmi Əbiha sözleri ve alıntılarını, en eski Ümmi Əbiha kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Əli(ə) buyurdu:"Ya Fatimə, səndən soruşsalar imamın kimdir? De: Qəbrim üstə ağlayan məzlum Əli."
İslamı tanımadan ibadət edənlər kor-koranə ibadət etmiş olurlar.
Reklam
Peyğəmbər (s) buyurdu:
-Ya Fatimə, o, həmin gündür ki, bütün insanlar görəcəklər ki, bir dəstə insan sənin ətəyindən tutub nicat taparaq cənnəti qazandılar. Bunu gördükdə bütün insanların hamısı peşman çılıq çəkərək deyəcəklər: Kaş, biz də bu dünyada Fatiməni sevənlərdən olardıq. Ya Fatimə, o gün (qiyamət günü) sən, səni sevənlər və səni sevənləri istəyənlərin hamısı (Allahın izni ilə) cənnətə daxil olacaqlar.
Hər bir məktəbin Fatimeyi Zəhra(s.ə) kimi nümunəvi insanı olsaydı, onlar belə bir xanımdan necə istifadə edib bəhrələnərdilər? Allah-təala yalnız müsəlmanlara belə bir nümunəvi xanımı bəxş etmişdir. Buna görə də müsəlmanların borcudur ki, bu fürsətdən istifadə edib həm əxlaqi, həm elmi, həm də mənəvi cəhətdən ondan nümunə və örnək götürsünlər.
Qiyamət günü Həzrət Fatimeyi Zəhranın (s.ə) bircə nəzəri bütün müsəlmanlar üçün lütf və mərhəmətdir. Allah-təala o lütf və mərhəməti hamımıza nəsib etsin.Amin inşallah
Ğüfeylə namazı
Ğüfeylə namazı şam namazından sonra qılınır. Bu namaz müstəhəb namazlardan biridir və çox böyük şərafət və xüsusiyyətə malikdir. Belə ki, hər kəs bu namazı qılsa, Allah-təala onun hər hacətini inayət edər və günahlarını bağışlayar. Ğüfeylə namazı qılan insanın cəhənnəmə getməsi mümkün deyil. İmam Səccad (ə) ğüfeylə namazı haqqında söhbət edərkən Xanım Zeynəb ağlayıb dedi: "İstəmirəm bunu Şimr da saxladı bilsin. Mən onun bağışlanmasını istəmirəm. İmam (ə) buyurdu: Bibican, narahat olma. Allah-təala Şimrə bu namazı qılmağı nəsib etməyəcək.
Reklam
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.