En Beğenilen Ümmi Əbiha Sözleri ve Alıntıları

En Beğenilen Ümmi Əbiha sözleri ve alıntılarını, en beğenilen Ümmi Əbiha kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Əli(ə) buyurdu:"Ya Fatimə, səndən soruşsalar imamın kimdir? De: Qəbrim üstə ağlayan məzlum Əli."
İmam Sadiq (ə) buyurur: "Həm gecənin mələkləri, həm də gündüzün mələkləri sübh namazını həm görür, həm də yazırlar."
Reklam
Qiyamət günü Həzrət Fatimeyi Zəhranın (s.ə) bircə nəzəri bütün müsəlmanlar üçün lütf və mərhəmətdir. Allah-təala o lütf və mərhəməti hamımıza nəsib etsin.Amin inşallah
Peyğəmbər (s) buyurdu:
-Ya Fatimə, o, həmin gündür ki, bütün insanlar görəcəklər ki, bir dəstə insan sənin ətəyindən tutub nicat taparaq cənnəti qazandılar. Bunu gördükdə bütün insanların hamısı peşman çılıq çəkərək deyəcəklər: Kaş, biz də bu dünyada Fatiməni sevənlərdən olardıq. Ya Fatimə, o gün (qiyamət günü) sən, səni sevənlər və səni sevənləri istəyənlərin hamısı (Allahın izni ilə) cənnətə daxil olacaqlar.
Hər bir məktəbin Fatimeyi Zəhra(s.ə) kimi nümunəvi insanı olsaydı, onlar belə bir xanımdan necə istifadə edib bəhrələnərdilər? Allah-təala yalnız müsəlmanlara belə bir nümunəvi xanımı bəxş etmişdir. Buna görə də müsəlmanların borcudur ki, bu fürsətdən istifadə edib həm əxlaqi, həm elmi, həm də mənəvi cəhətdən ondan nümunə və örnək götürsünlər.
Namaz.
Namazın özü insan üçün mühümdür. Namaz insanın nuraniyyəti, əzəməti və mənəviyyətidir. Namaz insanın şərafəti, ədəbidir. Namaz insanın Allahına olan təşəkkürüdür. Namaz insanın əbədiyyətidir. Namaz insan mənəviyyətinin varlığıdır. Namaz İslamın üzü və görünən tərəfidir. Namaz qiyamət günü soruşulan ilk sualdır. Namaz dinin sütunudur. Namaz bütün peyğəmbərlərin vəsiyyətidir.
Reklam
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.