Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Unutmağa Kimsə Yox

Kamal Abdulla

Unutmağa Kimsə Yox Sözleri ve Alıntıları

Unutmağa Kimsə Yox sözleri ve alıntılarını, Unutmağa Kimsə Yox kitap alıntılarını, Unutmağa Kimsə Yox en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Gözəl görünmək heç kimə bu qədər yaraşmamışdı. Mən onu küçədən heyran-heyran seyr etməkdən doymurdum, ən əsası-utanmırdım. Görəsən, adama belə baxanda bu adam özü sənin ürəyindən keçənləri hiss eləyir, ya yox?!
-... bilirsən, balası... hələ heç kim deyə bilməz ki, heç kim... kimin bəxti daha çox gətirir?! Bu dünyadan... çıxıb gedənin, yoxsa bu dünyada qalanın. Heç kim bunu söyləyə bilməz!
Reklam
Sevinə bilən böyükdür. Başqasının sevincini bölüşə bilən adam mərhəmətlidir, səxavətlidir, məğlubedilməzdir.
Göy üzünə nəzər yetirdikcə belə düşünürdü: "hələ bilinmir, əsl oyun, əsl tamaşa rəngli pərdənin hansı tərəfində baş verir; tamaşaçılar hansı tərəfdədilər, oyunçular hansı tərəfdə?! Təskinlik bəlkə də elə bundadı."
Adsız əzab ən ağırdır. Əzabın adını tapandan sonra, götür onu qaldır göyə, vur yerə, çıx köksünün üstünə, al canını, yəni nə qədər bacarırsan özünü ondan təmizlə. Yalnız bundan sonra əsl rahatlıq tapa biləcəksən. Yox əgər, əzabın adını tapmağa tənbəllik edib, onu unutmağa çalışırsansa, bu zaman sən hətta əzabı unutsan da, əslində, o səni tərk etməyəcək. Sən onu beyninin,qəlbinin dərininə, özünün belə girə bilmədiyin bir hücrəsinə qova bilərsən. Əzab orada gizlənər və öz zamanını səbrlə gözləməyə başlayar. Zaman gəlib yetişəndə isə bu müddət ərzində vəhşiləşmiş əzab gizləndiyi yuvasını tərk edib dərinliklərdən sıyrılıb yeni bir qüvvə ilə üzə çıxır, amma...Əzab gizli yuvasını tərk edəndən sonra onun yerində dərin və açıq bir yara qalır. O yara artıq bir daha sağalmayacaq.
Ölüb gedəndən sonra "alicənab", "qiymətli", "nəcib" deyə qiymətləndirilən adamlar həmən ulduzlar kimiydilər. Bu verilən qiymət ulduz işığı idilər. Ulduzun işığı ölmürdü, insanın isə, ölüb getsə belə, nəcibliyi, əməli, insanlığı yaşamağa davam edirdi.
Reklam
"Yazı - yaddaşa qarşı üsyandır. Qalib gələn qiyam! Uğur qazanan üsyan! Yaddaşın qocalması, zəif düşməsi, heysizləşməsidir. Yazı budur. Yazı sən gözlədiyin döyüşlər, padşahların həyatı, xəzinələrin sirri, nə bilim, daha nələr, daha nələr olmaya bilər. Yazı 1 sevgi məktubu, məhəbbət etirafı ola bilər. Bəhram dayı düz deyirdi: əsl tarix budur, başqa bir şey deyil".
"Qəribə idi, az 1 vaxt keçdi, F. Q. yavaş-yavaş təkcə qorxunun özümdən yox, onun nə zaman gələ biləcəyindən də qorxuya düşməyə başladı, vahimələndi..."
Sadece, Behram kişi hemişe istemişdi ki, adamlar arasında dil-könül birliyi olsun, hamı bir-birinin dalına ancaq xoş üzle baxsın ve hamı bir-birine xoş sözler desin.
Sayfa 129Kitabı okudu
Çünki sən gözəlsən Gözəl görünmək Heç kimə bu qədər Yaraşmamışdı.
34 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.