Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ve Dağlardan Səda Gəldi

Khaled Hosseini

En Beğenilen Ve Dağlardan Səda Gəldi Yorumları ve İncelemeleri

En Beğenilen Ve Dağlardan Səda Gəldi sözleri ve alıntılarını, en beğenilen Ve Dağlardan Səda Gəldi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.810 üzerinden
7,3bin Kişi · 1126 İnceleme
504 syf.
8/10 puan verdi
·
16 günde okudu
Xalid Hüseyni. "Və dağlardan səda gəldi"
#spoilerolabilər!!! Salam hamıya. Bu gün növbəti kitab təhlilim ilə gəldim. Bu günki kitabımız
Khaled Hosseini
Khaled Hosseini
dən
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
kitabıdır.
Khaled Hosseini
Khaled Hosseini
mən ilk
Çərpələng Uçuran
Çərpələng Uçuran
kitabını oxumuşdum və həmin kitabı çox bəyənmişdim, həddindən artıq təsirlənmişdim. Bu kitabı
Çərpələng Uçuran
Çərpələng Uçuran
kitabının yanında bir az çox sönük qaldı mənim üçün. O qədər də təsirlənmədim, başlarda
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
·
Puan vermedi
·
24 günde okudu
Çox təəssüf edirəm ki, kitab haqqında təəssüratlarım çox da müsbət olmayacaq. Əsərdə müəllifin dəst-xəttini çox da hiss edə bilmədim. Sanki bunu Xalid Hüseyni yox da, bir başqa müəllif yazmışdı. Əvvəlki iki romanı kimi güclü təsir bağışlaya bilmədi. Əslində, düşünürəm ki, kitabı bəyənməməyimin başqa bir səbəbi də özümlə bağlı idi. Bəlkə də,
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
Reklam
504 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Maraqli ve kədərli bir romandır. Hər hadisənin sonununu bilinməzliyə doğru aparmağı bacarıb yenə. Bütün süjet xətlərinin başına gələnlər ayrılıqda bir romandır. Əfqanıstandan Fransaya, Fransadan Amerikaya ,Yunanıstana uzanan hadisələr axını. Həqiqətən oxuyucuları öz kitabının aludəçisi etməyi bacarır. Xoş mütaliəyələr.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Xalid Hüseyni qələmi mənə hələ orta məktəb vaxtlarından tanışdır. "Çərpələng uçuran", "Min möhtəşəm günəş"dən sonra həftələrlə özümə gələ bilməmişdim. Bu əsər haqqında isə eyni sözləri deyə bilməyəcəm. Təkcə bir ailənin yox, bir-birilə əlaqəli ailələrin taleyini,çətinliklərini, seçimlərini qələmə alır. Əksər hallarda obrazlar başına gələn hekayələri elə özləri danışır - Bu səmimi, doğru-dürüst danışıqlar,etiraflar o qədər sevimli təsir bağışlayır ki...Xalid Hüseyni obrazları bütün mənfi-müsbət cəhətləri ilə, səhvləri, peşmançılıqları, sevincləri ilə canlandırır. Kitabın yarısına çatanda sonluğu bir neçə cür təsəvvür edirdim. Daha təsirli ola bilərdi.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
7/10 puan verdi
Xalid Hüseyninin oxuduğum ikinci əsəridir. Əsərin sonunda Abdullanın Pərini xatırlamasını gözlədim, amma gözləmədiyim sonluqla bitdi. Bu əsər də mükəmməl üslubla yazılmış bir əsərdir, lakin "Min möhtəşəm günəş"in mənə təsir etdiyi qədər təsir etmədi. Yenə də oxunması gərəkən əsərlərdən biridir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
8/10 puan verdi
·
12 günde okudu
Məncə,Xalid Hüseyni keçmişi yazmağı bacaran ən yaxşı yazıçılardandır.Yəqin ki,bunda əfqan olmağının bir təsiri var. Xatirə yazıçısı... Düzü mən kitabı Çərpələng uçuran qədər bəyənmədim.Onun kimi ağlatmadı məni.Bu kitabla bağlı deyil,təbii ki,şəxsi ola bilər.Bəlkə də ilk olaraq bu kitabını oxusaydım,təəssüratlarım fərqli olardı.Buna baxmayaraq kitab insanın içinə işləyir.İstər yazı tərzi olsun,istər obrazlar. "Müəllif əzizlərimizə qarşı rəftarımızı,etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik,dərinlik,uzaqgörənlik və mərhəmətlə araşdırır". Kitab 9 hissədən ibarətdir.Hər hissə müxtəlif illəri əhatə edir.Həyatlarının müəyyən hissələrində bir-birlərində iz qoymuş müxtəlif insanların hekayələrini əhatə edir.O hekayələrdə ortaq hadisələri,ortaq obrazları,ortaq xatirələri tapa bilərsiz.Məni cəlb edən ortaqlıq isə:peşmanlıq. Əsas obrazlardan tutmuş bütün obrazlarda bu duyğuya rast gəldim.Kimisi etdiklərinə,kimisi etmədiklərinə görə peşman idi.Bu peşmanlığın gətirdiyi çarəsizliyi,kədəri Əfqanıstandan Tinos adasına qədər hər yerdə yazıçı sizə hiss etdirəcək.Həqiqətən özünəməxsus üslübunu tapmış yazıçıdır.Bacı-qardaş olmaqdan,anaya sevgidən,sevdiklərinə münasibətdən bəhs edirdi bu əsər.Həyat sizə nələr yaşatmasına baxmayaraq,gərək sevgidən bərk-bərk tutasan.Etdiklərinizdən,etmədiklərinizdən və sevginizdən peşman olmayacağınız günlərin diləyi ilə...
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
Reklam
500 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabı bitirməyə son 80 səhifə qalıb.Amma kitab haqqında fikirlərimi yazım.420 səhifə oxusam da sanki 10səhifə oxumuşam kimi hiss edirəm..Kitab çox sürətlə irəliləyir. Kitab bir birinə ən saf və təmiz məhəbbətlə bağlı olan iki körpənin ayrılığı ilə başlayır.Roman olduğundan kitabda bu körpələrin həyatının hansısa bir hissəsinə bağlı olan insanların həyatıda var.Çox maraqlı və axıcıdır.Kitab bitsin fikirlərimi genişləndirəcəm. Kitabı bitirdim.Çoooox maraqlı oldu mənim üçün. Çox balaca olanda ayrılan uşaqlar(qızı varlı bir ailəyə satırlar) demək olar ki, altmış il görüşmürlər.2010cu ildə görüşəndə isə Abdulla bacısını xatırlamır.Onun yalnız Pərinin (qızına bacısının adını verib) dostu olduğunu düşünür.Heç qızına niyə belə bir ad verdiyini xatırlamır. Bir müddət sonra isə bacısı Pəri yuxusunda qardaşı ilə xoşbəxt yaşadıqları anları görür Oxuduğum ən təsirli kitablardan oldu..Hər kəsə məsləhət görürəm.Kitab uzun olsada tez bitir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
10/10 puan verdi
·
Beğendi
Və dağlardan səda gəldi
Möhtəşəm bir əsərdir. Xalid Hüseyni mənim ən sevdiyim yazıçılardandır. Kitabda duyğular o qədər gözəl izah edilmişdi ki. Kitabı oxuyanda min cür əhval-ruhiyyəyə girdim. Kitab Yalnızlığı, sevgini, ailənin nə demək olduğunu, dostluğu, hər şeyi öyrədir oxuyanlara. Və kitab bir obrazın baxış açısı ilə yazılmayıb. Hər bir obrazın ruhunun dərinliklərinə gedir Xalid Hüseyni. Kitabın bir çox yerində duyğulandım, xüsusilə sonunda. Kitabda Əfqanistanın ağır dövrlərini və Talibanı da danışılır. Hər bir kəsə oxumağı məsləhət görürəm. Bu kitabı oxuduqdan sonra həyata baxış açım dəyişdi.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Xalid Hüseyni - "Və dağlardan səda gəldi"
Daha bir kitabın sonuna gəldim, müəllifi Xalid Hüseyni olan bu əsər də yaddaşımda iz qoymuş birinə çevrildi.İstedadlı təhkiyəçi ürəyinizin tellərinə toxunmaqdan çəkinmir, oxucularını maraq içində saxlayan macəra ustadıdır.Müəllifin çox əsərlərini eşitmişəm, çünki 38 milyon nüsxə ilə 70-dən çox ölkədə kitabı satılmış sevilən yazıçılardan biridir.Məhz onun sayəsində dünya Əfqanıstanın səsini duydu.Bu əsərdə də nəsillər və qitələr aşaraq Kabildə başlayıb, yunan adası Tinosa qədər gedib çıxan müəllif kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir.Əzizlərimizə, yaxınlarımıza qarşı sevgi, hörmət əsərdə ön plana çəkilmişdir.Bacı-qardaş olan Abdulla və Pəri buna ən yaxşı nümunədir.Pəri Abdullanın hər kəsidir, qardaşı onu göz bəbəyi kimi qoruyan ən dəyərli varlığıdır.Bacısına valideyn kimi yanaşan Abdulla onun uğrunda hətta canını fəda etməyə də hazırdır.Bir gün onlar ataları ilə birgə səhradan keçərkən Kabilə səfər edirlər.Lakin onları bir-birindən ayrı salacaq acınacaqlı taledən xəbərsizdirlər.Hadisələr bu süjet xətti altında əsərin sonuna qədər davam edir.Ən sonda illər sonra Pərinin qardaşı ilə yenidən görüşməsi, isə ən təsiredici səhnələrdən biri idi.Onu da deyə bilərəm ki, müəllif Əfqanıstan həyatını, ölkədə qadınlara olan münasibəti, çətin bir şəraitdə orda yaşayan əhalini müdriklik və uzaqgörənliklə araşdırmış və oxucuya aydın şəkildə çatdırmağı bacarmışdır.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
504 syf.
7/10 puan verdi
Xalid Hüseyni " Və dağlardan səda gəldi"
Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımız, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.