Volter Əsərləri I Cild

Voltaire

Volter Əsərləri I Cild Gönderileri

Volter Əsərləri I Cild kitaplarını, Volter Əsərləri I Cild sözleri ve alıntılarını, Volter Əsərləri I Cild yazarlarını, Volter Əsərləri I Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Hansısa yüksək mövqeyə çata bilmədinsə, onda çalış onu tuta bilənlərə qara yaxasan" Mişel Monteyanın "Sınaqlar" kitabından..
- Ömrünü dar ağacından asılmaqla başa vurmuş bilikli bir adam mənə bu dünyada olanların elə ən yaxşı olduğunu öyrətmişdi, dünyadakı yamanlıqların isə gözəl bir rəsm əsərində gözə dəyən kölgələr olduğunu demişdi. - Sizin dar ağacından asılan aliminiz insanları ələ salırmış, dediyiniz o kölgələr isə dünyanı başdan-başa bürümüş iyrənc ləkələrdir: addımbaşı adamın gözünə girir, ürəyini bulandırır. - Ləkəni yaradan insanlar özləridir, Kandid dilləndi, - görünür, onlar bunsuz keçinə bilmirlər. - Belə çıxır ki, bu onların günahı sayıla bilməz, Marten dedi.
Reklam
- Bu dünyada baş verən bütün işlərdə şeytanın barmağı var, - Marten dedi, - ola bilsin, o hər yerdə olduğu kimi, elə mənim içimdə də var; boynuma alıram, bizim bu yer yumrusunda baş verən işlərə göz yetirdikcə birdən mənə elə gəlir ki, Tanrı ondan əlini üzüb, buraları hansısa yamanlıq törədən bir varlığa bağışlamışdır; sözsüz, təkcə Eldoradodan başqa. Bu uzun ömrümdə qonşuluqdakı şəhərin yox olmasını istəməyən bir şəhər, qonşusunu yox eləməyə çalışmayan bir adam görə bilmədim. Hara baxırsansa, gücsüzlərin qolugüclüləri görməyə gözü yoxdur, ancaq yenə də onların qarşısında sürünürlər, qolugüclülər isə onlarla lap ətindən, yunundan yararlandıqları qoyun sürüsü kimi davranırlar. Milyonlarla başkəsən alay (polk) adı altında bölüşdürülərək, bütün Avropanın bu başından vurub o başından çıxır, onlar insanları öldürərək, quldurluq, soyğunçuluq edərək, öz qarınlarını doyurmaq üçün çörək qazanırlar, bunun başlıca səbəbi isə onlara bundan başqa bir sənət öyrədilməməsidir. Dolanışığın yüngül olduğu sanılan, elmin, incəsənətin çiçəkləndiyi şəhərlərə baxsanız, orada barış içində yaşadığı deyilən daha çox insanın öldüyünü görəcəksiniz, burada hökm sürən bir-birini gözügötürməzlikdən doğan didişmələr, dözülməz qayğılar, həyatı bürüyən qarğaşalar, basırıqlar savaş olmadan belə minlərlə insanı vaxtsız o dünyaya aparır. İnsanın öz içində çəkdiyi gizli qüssə onun üzbəüz qaldığı ictimai fəlakətlərdən daha amansızdır..
Məncə, həyat sevgisi deyilən şey bizim ən gülünc bir gücsüzlüyümüzdür: axı sonunda onsuz da torpağa düşəcək ağır bir yükü çiynində gəzdirməyin nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Bir sözlə, biz yaşamaq adıyla bizi yavaş-yavaş udan bir ilanı ürəkdən gələn bir sevgiylə oxşayaraq günlərimizi sovuşdururuq..
- Belə çıxır ki, siz insanın öz günahlarından arınıb azad ola biləciyinə də inanmırsınız? - Dəyərli insan, məni bağışlayın, - azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər, bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək ortada bizim istəyimiz adlanan bir səbəb olsun...
- Görünür, siz insanın öz günahı ucbatından cənnətdən qovulduğuna inanmırsınız, hər şey ancaq yaxşılığa doğru getsəydi, onda insanlar günah işlətməz, onları cəzalandırmaq da lazım olmazdı. - Mən sizdən dönə-dönə üzr istəyirəm, fəqət insan günah işləməsəydi, bununla bağlı qarğışa tuş gəlməsəydi, indi bu yaşadığımız, mümkün ola biləcək dünyaların ən yaxşısı da olmazdı. - Belə çıxır ki, siz insanın öz günahlarından arınıb azad ola biləciyinə də inanmırsınız? - Dəyərli insan, məni bağışlayın, - Panglos ona cavab verdi, - azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər, bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək ortada bizim istəyimiz adlanan bir səbəb olsun...
Reklam
39 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.