Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Volter Əsərləri I Cild

Voltaire

Volter Əsərləri I Cild Gönderileri

Volter Əsərləri I Cild kitaplarını, Volter Əsərləri I Cild sözleri ve alıntılarını, Volter Əsərləri I Cild yazarlarını, Volter Əsərləri I Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əslində, mən bilmirəm azad düşünmək niyə günah sayılır, düzünə qalsa, bu heç mənim üçün maraqlı da deyil
Kitab oxumağın qorxunc ziyanları haqqında
Düşüncələrin asanlıqla yayılması toplumada mövcud olan anlamsızlığı büsbütün aradan qaldırır, biz isə anlamsızlığı bütün sivilizasiyalı dövlətlərin başlıca dayağı, qurucusu, qoruyucusu sayırıq
Reklam
"Mənə bundan da gülünc gələni isə, insanın ölümündən sonra Tanrının onun ruhunu gömüldüyü yoxluqdan öz yanına çağırıb, bu ruha sonsuzlara kimi çəkəcək cəzalar verəcəyi barədə danışılan uydurmalardır. Bu necə ola bilər?! Bir yandan ilkin varlığın maddi olmadığını demək, o biri yandan yanmağa heç nəyi olmayanı cəhənnəm odunda yandırmağa çalışmaq! Hara baxırsansa, hər yerdə qaranlıq, çalpaşıqlıq, uyğunsuzluq, gülünclük, sayıqlama, ələsalma, uydurma, fırıldaqçılıq görürsən"
Kapellan Qudmanla Anatom Sidrakın Ruhdan, Habelə Bir Çox Başqa Mövzulardan DanışıqlarıKitabı okudu
-"Qonşuluğunuzdakı, özü də nə üçün yaşadığını anlamayan bu mexaniki varlığın özünü ağgünlü saydığını görəndə heç özünüzü qaragünlü saymağınızın yanlış olduğunu düşündüyünüz olubmu?" O mənə qulaq asıb dilləndi: -"Siz düz deyirsiniz, bunu özümə dönə-dönə demişəm, birdən o qarı kimi anlamazın birisi olsaydım, onda, sözsüz, mən də özümü elə onun kimi ağgünlü sayardım, ancaq, sözün düzü, ha düşünüb-daşınıramsa, onun kimi ağgünlü olmağı özümə sığışdıra bilmirəm."
Yaxşı Brəhmənin Başına GələnlərKitabı okudu
"Mən keçmiş müdriklərin dediyi kimi iki sonsuzluğun arasında olan hansısa bir nöqtədəyəm, ancaq sonsuzluğun nə demək olduğunu azca da olsa, qavraya bilmirəm. Mən hansısa maddədən düzəlmişəm; mən düşünürəm, lakin bu düşüncələrimin necə doğulduğunu başa düşə bilmirəm; mən bu düşünmək bacarığımın da yerimək, yemək-içmək kimi bir bacarıq olub-olmadığını anlaya bilmirəm, başımla düşünməyimin də əlimlə nəsə götürməyim kimi bir iş olub-olmadığını düşünüb bir yana çıxara bilmirəm. Təkcə necə düşünməyim deyil, bütün davranışlarımın necə yaranması da mənim üçün aydın deyil; mən nədən var olduğumu, nə üçün yaşadığımı anlaya bilmirəm"
Yaxşı Brəhmənin Başına GələnlərKitabı okudu
soyuqda qaynar, istidə sərin içkilər için; hər şeydə ölçü gözləyin; yediyinizi yaxşı həzm etməyə çalışın, yuxusuz qalmayın, doyunca yatıb dincəlin, könlünüzü açacaq əyləncələr tapmağa çalışın,yerdə qalan nə varsa, hamısına tüpürün getsin.
Sayfa 139Kitabı okudu
Reklam
Onlar ayaqqabınızın dabanı ölçüsündə olan bir neçə palçıq yığınına görə bir-birilerini öldürürlər. Ən maraqlısı da odur ki, burada savaşıb bir-birini öldürən bu milyonlardan heç birinə bu balaca palçıq yığınından bir toz da çatmayacaq, bunu onlar özləri də çox yaxşı bilirlər. Savaş bu palçıq yığınlarına kimin yiyəlik etməsi üstündədir: sultan titulu, yoxsa qeysər titulu daşıyanmı buralara yiyəlik etməlidir? Onlardan heç biri haçansa bu torpaqları nə görüb, nə də gedib görmək istəyir, elə bir-birini öldürənlər də uğrunda ölümə getdikləri qeysərin üzünü bircə yol da olsa gormeyibler.
Yer üzündə bir-birinin eyni olan iki ağac yarpağı tapa bilməzsən, eynilə göy üzündə eyni olan iki ulduz da yoxdur, ona görə də sənin gördüyün gerçəklərin hamısı doğulduğu andan başlayaraq qabaqcadan bəlli olan bir yolla, öz vaxtında, onun üçün ayrılmış yerdə olmalı, onun üçün hazırlanmış olaya qatılmalıdır. Adamlar hansısa uşağın gözlənilmədən suya düşüb boğulduğunu, hansısa evin gözlənilmədən yandığını söyləyirlər, ancaq bu dünyada gözlənilməzlik - təsadüf deyilən bir şey yoxdur, - bu dünyada baş verənlər ya sınaqdır, ya cəzadır, ya ödüldür, ya da xəbərdarlıqdır !
Uzun illərin müqəddəsləşdirdiyi bu mərasimi dəyişməyə kimin ürəyi gələr? Çoxillik yanlışlıqlardan da sayğılı sayılan bir şey varmı bu yer üzündə?
Zadiq azmamaq üçün göydəki ulduzlara baxaraq yol gedirdi. Ovçular bürcü ilə parlaq Sirius ulduzu onu qarşıda görünən Kanop ulduzuna sarı yönəldirdi. O bizim gözümüzə kiçik közcüklər kimi görünən bu azman, işıqlı kürələrə uzun-uzadı baxmağı çox sevirdi, elə kosmosdan baxanda kiçicik bir tozcuq kimi güclə sezilən Yer kürəsi də biz görməmiş insanların gözünə ucsuz bucaqsız, sonsuz böyüklükdə görünmürmü? Bu anda Zadiq insanlığın gerçək varlığını olduğu kimi görməyə başladı, bu anlarında insanlıq onun gözünə kiçik çamır qalağında qaynaşıb bir-birini yeyən böcək yığını kimi Gözləri önündə canlanan bu obraz ona özünün də, Babilin də heçliyini anladaraq, dərdini bir anlığa yüngülləşdirdi. Zadiqin ruhu elə bil bir anlığa bədənindən ayrılaraq sonsuzluğa qovuşdu, ruhu bu sonsuzluqda uçaraq kainatın dəyişməz qanunauyğunluqlarını qavramağa başladı. Bir azdan göylərdən yerə enən Zadiq ürək döyüntülərini eşidərək özünə gəldi.
39 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.