Volter Əsərləri I Cild

Voltaire

En Beğenilen Volter Əsərləri I Cild Gönderileri

En Beğenilen Volter Əsərləri I Cild kitaplarını, en beğenilen Volter Əsərləri I Cild sözleri ve alıntılarını, en beğenilen Volter Əsərləri I Cild yazarlarını, en beğenilen Volter Əsərləri I Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Insanlar..Onlar ayaqqabınızın dabanı ölçüsündə olan bir neçə palçıq yığınına görə bir-birilərini öldürürlər. Ən maraqlısı da odur ki, burada savaşıb bir-birini öldürən bu milyonlardan heç birinə bu palçıq yığınından bir balaca tozcuq da çatmayacaq, bunu onlar özləri də yaxşı bilirlər. Savaş bu palçıq yığınlarına kimin yiyəlik etməsi üstündədir: sultan titulu, yoxsa qeysər titulu daşıyanmı buralara yiyəlik etməlidir? Onlardan heç biri haçansa bu torpaqları nə görüb, nə də gedib görmək istəyir, elə bir-birini öldürənlər də uğrunda ölümə getdikləri sultanla qeysərin üzünü bircə yol da olsun görməyiblər. Siriuslu eşitdiklərindən çox bərk sarsılaraq qışqırdı: - Bu nə alçaqlıqdır! Bunlarda bu qaniçənlik haradandır belə? Elə acıqlanmışam, lap istəyirəm sizin bu yırtıcılar yığnağı olan qarışqa yuvasına bir-iki təpik ilişdirib onu parça-parça eləyim! - Niyə özünüzü yorursunuz, - filosof dedi. - Onsuz da bir azdan özləri bir-birilərini qırıb qurtaracaqlar. Mənə inanın, çox yox, bir on ildən sonra bu bədbəxtlərin heç yüzdə onu da sağ qalmayacaq; indən belə savaşmasalar belə, aclıq, üzücü əmək, özlərinin yaratdıqları çoxlu yaramazlıq onları gora aparıb çıxaracaq. Bir də onların nə günahı var, bütün bu yaramazlıqların kökündə palatalarda oturub gecə-gündüz boş-boş yanşayanlar dayanır, yedikləri yağlı yeməkləri həzm edə bilmədikləri üçün acıqlanaraq, yüz minlərlə insanı ölümə göndərir, sonra da gurultulu yığıncaqlar düzəldib orada Tanrıya dualar oxuyurlar..
Əslində, mən bilmirəm azad düşünmək niyə günah sayılır, düzünə qalsa, bu heç mənim üçün maraqlı da deyil
Reklam
Onlar ayaqqabınızın dabanı ölçüsündə olan bir neçə palçıq yığınına görə bir-birilerini öldürürlər. Ən maraqlısı da odur ki, burada savaşıb bir-birini öldürən bu milyonlardan heç birinə bu balaca palçıq yığınından bir toz da çatmayacaq, bunu onlar özləri də çox yaxşı bilirlər. Savaş bu palçıq yığınlarına kimin yiyəlik etməsi üstündədir: sultan titulu, yoxsa qeysər titulu daşıyanmı buralara yiyəlik etməlidir? Onlardan heç biri haçansa bu torpaqları nə görüb, nə də gedib görmək istəyir, elə bir-birini öldürənlər də uğrunda ölümə getdikləri qeysərin üzünü bircə yol da olsa gormeyibler.
-"Qonşuluğunuzdakı, özü də nə üçün yaşadığını anlamayan bu mexaniki varlığın özünü ağgünlü saydığını görəndə heç özünüzü qaragünlü saymağınızın yanlış olduğunu düşündüyünüz olubmu?" O mənə qulaq asıb dilləndi: -"Siz düz deyirsiniz, bunu özümə dönə-dönə demişəm, birdən o qarı kimi anlamazın birisi olsaydım, onda, sözsüz, mən də özümü elə onun kimi ağgünlü sayardım, ancaq, sözün düzü, ha düşünüb-daşınıramsa, onun kimi ağgünlü olmağı özümə sığışdıra bilmirəm."
Yaxşı Brəhmənin Başına GələnlərKitabı okudu
Qraf Çesterfildin qulağının Kapellan Qudmanın başına açdığı oyunlar
Düzünə qalsa, deyəsən elə son vaxtlar oxuduğum ən dəyərli yazı sağlam ömür sürməklə bağlı özüm üçün yazdığım gündəliklərim olub, bu yazıların köməyi ilə çalışıram ki, bədənimdə maye çatışmazlığı olmasın, yediyim canıma sinsin, dərin yuxuya gedə bilim. Mənim sözümə qulaq asın: soyuqda qaynar, istidə sərin içkilər için; hər şeydə ölçü gözləyin; yediyinizi yaxşı həzm etməyə çalışın, yuxusuz qalmayın, doyunca yatıb dincəlin, könlünüzü açacaq əyləncələr tapmağa çalışın, yerdə qalan nə varsa, hamısına tüpürün getsin.
Sayfa 139 - Qanun nəşriyyatKitabı okudu
"Mənə bundan da gülünc gələni isə, insanın ölümündən sonra Tanrının onun ruhunu gömüldüyü yoxluqdan öz yanına çağırıb, bu ruha sonsuzlara kimi çəkəcək cəzalar verəcəyi barədə danışılan uydurmalardır. Bu necə ola bilər?! Bir yandan ilkin varlığın maddi olmadığını demək, o biri yandan yanmağa heç nəyi olmayanı cəhənnəm odunda yandırmağa çalışmaq! Hara baxırsansa, hər yerdə qaranlıq, çalpaşıqlıq, uyğunsuzluq, gülünclük, sayıqlama, ələsalma, uydurma, fırıldaqçılıq görürsən"
Kapellan Qudmanla Anatom Sidrakın Ruhdan, Habelə Bir Çox Başqa Mövzulardan DanışıqlarıKitabı okudu
Reklam
39 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.