Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Xan" Xatirə Ədəbiyyatı 5. Kitab

Xatiratım

Celil Memmedguluzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
10/10 puan verdi
·
4 günde okudu
Mirzə Cəlil XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mühiti, siyasi arenası, ədəbiyyatı, söz azadlığı, din və mövhumat arasındakı sərhəd və s. Kimi əsas mövzuları yığcam şəkildə qeyd etmişdir. Eyni zamanda "Şərqi-rus" qəzeti, "Qeyrət" mətbəəsinin yaranması, "Molla Nəsrəddin"in necə çap olunması haqqında müfəssəl məlumat əldə edirik. Cəlil Məmmədquluzadənin uşaqlığını, yaşayışını, əsərləri və insanların göstərdiyi şiddəti və bu kimi suallar, eyni zamanda niyə "atesit" damğası vurulduğunun da cavabını almış olacaqsınız...
Xatiratım
XatiratımCelil Memmedguluzade · Xan Nesriyyati · 201939 okunma
Reklam
148 syf.
·
Puan vermedi
Cəlil Məmmədquluzadə-Xatiratım Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəli Məmmədquluzadə Cəlil Məmmədquluzadə Naxçıvanda anadan olmuş,ilk təhsilini də burada almışdı.Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Naxçıvanın Nehrəm kəndində müəllimlik etmişdi.Doğma xalqının güzarani, dərdləri ilə yaxından tanış olan Cəlil Məmmədquluzadə onun halına ürəkdən yanırdı.Xalqına kömək etmək üçün yollar və vasitələr axtarırdı.Çox düşündükdən sonra özü kimi maarifpərvər ziyalıları ətrafına toplayıb jurnal nəşr etməyi qərara aldı.Bu,Azərbaycan xalqini oyanışa,elmə,biliyə səsləyən«Molla Nəsrəddin»jurnalı idi.1906-ci il aprelin 7-də« Molla Nəsrəddin» jurnalının ilk nömrəsi nəşr edildi.«Molla Nasrəddin» jurnalı Tiflisdə, Təbrizdə və Bakıda nəşr edilmişdi. «Molla Nəsrəddin>> güldürə-güldürə düşündürən bir jurnal idi. "Sizi deyib gəlmişəm,ey mənim müsəlman qardaşlarım!.."
Xatiratım
XatiratımCelil Memmedguluzade · Xan Nesriyyati · 201939 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.