Xəz Paltolu Madonna

Sabahattin Ali

En Yeni Xəz Paltolu Madonna Yorumları ve İncelemeleri

En Yeni Xəz Paltolu Madonna sözleri ve alıntılarını, en yeni Xəz Paltolu Madonna kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.810 üzerinden
83bin Kişi · 10089 İnceleme
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Bir həvəslə başlayan xəyallar, o xəyallarda yaşanması gərəkən xoşbəxt anlar hamısı insana ümid verir, yenidən doğulur insan. Tam əldə etdim, artıq xoşbəxtəm, həyata ümidliyəm dediyin anda hər şeyin birdən-birə bitməsi üzür insanı. Sevdiyin insanı itirirsən ancaq bunu bitirmirsən çünki, sevgindən bir parça hələ də yaşayır. Həyatın bir qatardır. Ancaq sən yanlış qatara minmisən, sən bura aid deyilsən, burada rahat deyilsən. Sənin aid olduğun qatar isə gözlərinin önündə ötüb keçir. O qatarda isə heç kəs yoxdur. Təkcə sənin bir parçandan başqa, ümidlərindən, xəyallarından, sənə aid olan həyatdan başqa. Ancaq bütün bunlar üçün artıq çox gecdir. Tək kəlmə ilə mükəmməl. 10/10 - luq kitabdır.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
10/10 puan verdi
·
24 saatte okudu
Spoilər var️!!! Bu ay Eşq ayı idi bu ay oxuduğum iki fərqli sevgi romanlarından biri Jane Eyre digəri Xəz Paltolu Maddona əsəri oldu İki fərqli əsər məni gah kədərləndirdi gah düşündürdü mənə mütəmadi olaraq dəyişən fərqli hisslər bağışladı İlki Şarlotta brontendən Jane Eyr romanı digəri isə Xəz paltolu madonna biri xoş sonluqla bitir digəri acı
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
Reklam
240 syf.
9/10 puan verdi
Hamının içində bir Raif yatır əslində, öz həyat hekayəsi olan, heç kimin duyub bilmədiyi, əslində bir o qədər bizə əzab verən həyatlar.. Əsərdə də tam olaraq bunu oxuduq əslində, cəmiyyətdən kənarda qalmış birinin özlüyündə nə qədər yaşanmışlıqları var. O yaşanmışlıqlarda ki, əsərin sonunda göz yaşlarımı saxlaya bilmədim. Raif özü də Mariyaya olan sevgisi belə izah edir: "Mariya məni qısa bir vaxt ərzində həmişəki acizliyimdən, miskin vəziyyətimdən xilas etmiş, mənim də kişi, daha doğrusu, insan olduğumu, mənim də yaşamağa layiq cəhətlərimin olduğunu, dünyanın zənn etdiyim qədər mənasız olmadığını öyrətmişdi"
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bəlkə də, hər fəsli səni,son ümid kimi gözləyəcəyəm!
İnsanı həqiqətən də sevgisizlik öldürürmüş! Raif əfəndinin timsalında həyatın həm sevgi uğruna, həm də yanlış fikirlər uğruna hədər etmiş birinin ağır həyatı ilə tanış oldum . İlk eşq unudulmur sonrakı həyat isə peşmançılıq idi . Mariya dediyi kimi " Raif ,sən həqiqətən də uşaq görkəmindəsən "
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
·
Puan vermedi
·
3 günde okudu
Bu kitabı ikinci dəfədir oxuyurdum. Bitirdikdən sonra bu qənaətə gəldim ki ilk oxuduğum zaman mən bu kitabı heç oxumamışam. Ya da heç doğru düzgün anlamadan oxumuşam çünki bu cür təsirə malik bir kitabı oxuduqdan sonra sarsılmamaq əldə deyil. Bəlkə də kitabı anlamağımıza yardımçı olan, bizi dərindən sarsan əslində orda bəhs edilən həyatlara bənzər həyatlara sahib olmağımız, ordakı personajların yaşadıqlarının bənzərini yaşamağımızdır. Hər bir halda Raifin yaşadığı hisslər bir çoxlarına bəlkə də tanışdır. Onun özü ilə apardığı mübarizədə, düşündüyü fikirlərin bir çoxunda tez tez özümü tapdım. Bir kitabı oxuduqdan sonra birbaşa inceleme yazmaq çətindir. Hələ bu kitab "Xəz paltolu Madonna'dırsa. Sadəcə bunu bugün yazmaq istədim ki, bu kitabı üçüncü dəfə oxumaq istədiyimdə mənə xatırlatsın məhz niyə bu kitab dəfələrlə oxunmağa layiqdir...
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.