Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yeddi gözəl

Nizami Gəncəvi

Öne Çıkan Yeddi gözəl Gönderileri

Öne Çıkan Yeddi gözəl kitaplarını, öne çıkan Yeddi gözəl sözleri ve alıntılarını, öne çıkan Yeddi gözəl yazarlarını, öne çıkan Yeddi gözəl yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
O kimdir bir zaman taxt qurdu yerdə, Axırda məzara salmadı yer də?
Sayfa 294Kitabı okudu
Dünyanın belədir hər işi əlbət, Biri zərər görər, biri mənfəət. Bir dost susuz ölər, qəlbi xar gedər, Başqa bir dost suda boğular gedər. Hərə öz işinə qalmış xeyli mat, Susmuş, çarə nədir, belədir həyat.
Sayfa 125Kitabı okudu
Reklam
Kim ki, öz-özünü düşmüşdür başa, Ona ölüm yoxdur, o ölməz haşa. Nəqşini bilməyən fanidir, fani, Baqi say bu nəqşi bilən insanı. Tanısan özünü, köçsən cahandan, Yenə bu dünyada yaşayacaqsan. Özündən hər kim ki,deyil xəbərdar, Bir qapıdan girər, birindən çıxar... Qapı tüstüsüzdür, pəncərə tozsuz Günəşə bir baxan tapılmaz əfsus.
Tapılmaz dünyada pis söz danışan, Olmasa pisliyə bir qulaq asan.
Tapılmaz dünyada pis söz danışan, Olmasa pisliyə bir qulaq asan.
Gəldim nə zaman ki, mən təngə, zara Sığındım yeganə pərvərdigara. Mənə öz fəzliylə o səxa kanı Yetirdi hər zaman lazım olanı.
Reklam
Mənimlə almayıb mehriban nəfəs, Qalır öz işinin qeydinə hər kəs. Hamı öz işinə pasiban olur, Əvvəl mələk, sonra bir şeytan olur.
Sayfa 164Kitabı okudu
Gördü ki, bu torpaq damlardan ancaq İnsana qüssələr, qəmlər qalacaq.
Torpaq vücuduna vurma min bəzək, İnsana qum kimi sadəlik gərək.
Dünyada bir neçə əbləh var, düzü, Gülər əbləhlərə əbləhkən özü. Yalana doğrudan pərdə tutarlar, Bəzən də ki bala zəhər qatarlar. Sönükdür hər zaman yalan xəyallar, Yalnız həqiqətdə ölməz qüvvə var. Həqiqət açarı əbədiyyətdir, Onunla seçilir möcüzdən sehir.
Sayfa 213Kitabı okudu
77 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.