Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yeddi gözəl

Nizami Gəncəvi

Sözler ve Alıntılar

Tümünü Gör
O kimdir bir zaman taxt qurdu yerdə, Axırda məzara salmadı yer də?
Sayfa 294Kitabı okudu
Tapılmaz dünyada pis söz danışan, Olmasa pisliyə bir qulaq asan.
Reklam
Kim ki, öz-özünü düşmüşdür başa, Ona ölüm yoxdur, o ölməz haşa. Nəqşini bilməyən fanidir, fani, Baqi say bu nəqşi bilən insanı. Tanısan özünü, köçsən cahandan, Yenə bu dünyada yaşayacaqsan. Özündən hər kim ki,deyil xəbərdar, Bir qapıdan girər, birindən çıxar... Qapı tüstüsüzdür, pəncərə tozsuz Günəşə bir baxan tapılmaz əfsus.
Mənimlə almayıb mehriban nəfəs, Qalır öz işinin qeydinə hər kəs. Hamı öz işinə pasiban olur, Əvvəl mələk, sonra bir şeytan olur.
Sayfa 164Kitabı okudu
Gördü ki, bu torpaq damlardan ancaq İnsana qüssələr, qəmlər qalacaq.
Gəldim nə zaman ki, mən təngə, zara Sığındım yeganə pərvərdigara. Mənə öz fəzliylə o səxa kanı Yetirdi hər zaman lazım olanı.
Reklam
Dünyanın belədir hər işi əlbət, Biri zərər görər, biri mənfəət. Bir dost susuz ölər, qəlbi xar gedər, Başqa bir dost suda boğular gedər. Hərə öz işinə qalmış xeyli mat, Susmuş, çarə nədir, belədir həyat.
Sayfa 125Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.