Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zamanı Necə Yeyək

Rövşen Abdullaoğlu

En Beğenilen Zamanı Necə Yeyək Gönderileri

En Beğenilen Zamanı Necə Yeyək kitaplarını, en beğenilen Zamanı Necə Yeyək sözleri ve alıntılarını, en beğenilen Zamanı Necə Yeyək yazarlarını, en beğenilen Zamanı Necə Yeyək yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həyat kino deyil. Kinoda qəhrəmanlar zamanı artıra bilirdilərsə, real həyatda bu, qeyri-mümkündür. Elə isə, həyatınızı təşkil edən ömür saniyələrinizin qədrini bilin!
Sayfa 16 - Qədim Qala Nəşriyyat eviKitabı okudu
Reklam
Hər insana hər səhər 24 saat vaxt verilir. Bu da 86400 saniyə deməkdir. 86400 saniyə hər birimizə gündəlik olaraq verilmiş sehirli iksir, əvəzsiz xəzinə və həyat sərmayəsidir.
Zamanın idarəsini praktikada tətbiq edən bir çox insanların həyat təcrübəsindən görünür ki, gündəlik iş planının tərtibi hər gün ən azı iki saat vaxta qənaət etməyə imkan yaradır. Bəzi insanlarda isə bu rəqəm daha yüksəkdir. 2-3 saat, bilirsiniz, nə deməkdir? 7200-10800 saniyə deməkdir. Gündəlik balansınızda bu qədər saniyələrin olması günün sonunda sizin seytnota düşməməyinizə səbəb olacaq. Bir düşünün, bu qədər zaman ərzində nə qədər mühüm iş görmək olar. Qənaət edə biləcəyimiz gündəlik zaman qazanclarımız (gündəlik üç saatla hesablasaq) bir ayda 324000 saniyəyə bərabər olar. Bu, bir aya 90 saat qənaət etmək deməkdir. Bir ilə həmin rəqəm 1080 saata bərabər olar. Bu isə 3.888.000 saniyə deməkdir. Bu qədər vaxt sizə hər hansı bir institutun diplomunu almaq üçün kifayətdir. Belə ki, hər hansı bir sahədə diplom almaq üçün sizə 960 akademik saat dərs almaq lazımdır. Bir dəqiqəyə bir səhifə oxumaq sürəti ilə bu bir ilə siz 64 800 səhifə kitab oxumuş olarsınız. Bu isə 150 səhifəlik kitabla ildə 432 kitab edir.
"Hədəflərimiz davranışlarımızı,davranışlarımız isə,öz növbəsində,həyatımızı dəyişəcək..."
Sayfa 35
Öz həyatınızın ağası yalnız və yalnız siz özünüzsünüz! Həyatdan nə istədiyinizi də yalnız siz özünüz təyin edə bilərsiniz
Reklam
Zamanı hər şeyə xərcləmək olmaz. Bir iş görərkən baxmalıyıq ki, istədiyimizi əldə etmək üçün tələb olunan zamanı ona verməyə dəyər, yoxsa yox?
Bir məsələni anlayaq: elə sahələr və elə insanlar var ki, onlara vaxt sərmayə etməyin heç bir mənası yoxdur. Çünki bu sərmayə özünü heç bir zaman doğrultmayacaq.
Sayfa 131Kitabı okudu
İnsan səhər nə qədər tez qalxarsa, sanki gün onun üçün bir o qədər uzanmış olur. Bu zaman vaxtın bərəkəti daha çox olur.
81 öğeden 51 ile 60 arasındakiler gösteriliyor.