Dəyərli yazıçımız Rövşən Abdullaoğlu.
Bu zamana qədər bir neçə əsərini oxudum; Relslər üzərinə uzanmış adam, Bu şəhərdə kimsə yoxdur (ən sevdiyim əsəri) , Abaddon, Çətin olsa da həyat davam edir. Yazı tərzini, əsərdəki mövzu bağlılığını çox sevdiyim yazıçılardan biridir. Hədəfim bütün kitablarıyla tanış olmaqdır. Və sizlərə də şiddətlə tövsiyə edirəm. Çünki mənə görə Rövşən Abdullaoğlu oxumamış birisi çox şey itirəcək. Bu həyat onun üçün çox şeyin oğrusu olacaq.
Nə zaman ruhən zəif hissetsəm, özümü bu yazıçının əsərlərində tapıram. Birşeyi daha vurğulayım ki, bu yazarın "Bu Şəhərdə Kimsə Yoxdur" əsəri mənim başucu kitablarımdan biridir. Xülasə; bu bir reklam deyil, kitabsevərlər :) Bəziləriniz elə düşünəbilərsiniz. Ki bu da normal birşeydir ancaq mən pisə pis, yaxşıya isə yaxşı deyirəm. Əgər əksinə olsaydı hərşey, ruhum çoxdaan əskimişdi,yorgun düşmüşdü. :)))