Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zamanı Necə Yeyək

Rövşen Abdullaoğlu

En Eski Zamanı Necə Yeyək Gönderileri

En Eski Zamanı Necə Yeyək kitaplarını, en eski Zamanı Necə Yeyək sözleri ve alıntılarını, en eski Zamanı Necə Yeyək yazarlarını, en eski Zamanı Necə Yeyək yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Vaxt elə bir iksirdir ki,onu istənilən şeyə çevirmək olar. Onun vasitəsilə istənilən maddi və mənəvi nemətləri əldə etmək,istənilən kamilliyə çatmaq olar.
Hər insana hər səhər 24 saat vaxt verilir. Bu da 86400 saniyə deməkdir. 86400 saniyə hər birimizə gündəlik olaraq verilmiş sehirli iksir, əvəzsiz xəzinə və həyat sərmayəsidir.
Reklam
"Sabah" sözünü silməyincə "Bu gün" alınmayacaq.
"Sonra edərəm" sizin bütün arzularınızı,gələcəyinizi,uğurunuzu dəfn etmək niyyətində olan ən təhlükəli düşməninizdir.Onun pıçıltılarına aldanmayın.
Sayfa 139 - Qədim QalaKitabı okudu
"Əgər mən həyatımı bir də yaşasaydım, yenə eynilə indi yaşadığım kimi yaşayardım" deyə biliriksə, onda biz dünyanın ən xoşbəxt insanıyıq.
Sayfa 89
Hamı özünə aid 86400 saniyəsini xərcləyir. Bu baxımdan heç kəs bir-birindən fərqlənmir. Fərq yalnız bir şeydədir: bu qızıla bərabər saniyələr nəyə sərf edilir?
Sayfa 13 - Qədim QalaKitabı okudu
Həyatımızı elə yaşayaq ki, geri qayıdıb yenidən yaşamaq imkanımız olsa, dəyişmək istədiyimiz çox az işimiz olsun. "Əgər mən həyatımı bir də yaşasaydım, yenə də eynilə indi yaşadığım kimi yaşayardım" deyə biliriksə, onda biz dünyanın ən xoşbəxt insanıyıq.
Sayfa 89 - Qədim QalaKitabı okudu
Reklam
184 syf.
8/10 puan verdi
·
25 saatte okudu
Deməli beləə :)
Dəyərli yazıçımız Rövşən Abdullaoğlu. Bu zamana qədər bir neçə əsərini oxudum; Relslər üzərinə uzanmış adam, Bu şəhərdə kimsə yoxdur (ən sevdiyim əsəri) , Abaddon, Çətin olsa da həyat davam edir. Yazı tərzini, əsərdəki mövzu bağlılığını çox sevdiyim yazıçılardan biridir. Hədəfim bütün kitablarıyla tanış olmaqdır. Və sizlərə də şiddətlə tövsiyə edirəm. Çünki mənə görə Rövşən Abdullaoğlu oxumamış birisi çox şey itirəcək. Bu həyat onun üçün çox şeyin oğrusu olacaq. Nə zaman ruhən zəif hissetsəm, özümü bu yazıçının əsərlərində tapıram. Birşeyi daha vurğulayım ki, bu yazarın "Bu Şəhərdə Kimsə Yoxdur" əsəri mənim başucu kitablarımdan biridir. Xülasə; bu bir reklam deyil, kitabsevərlər :) Bəziləriniz elə düşünəbilərsiniz. Ki bu da normal birşeydir ancaq mən pisə pis, yaxşıya isə yaxşı deyirəm. Əgər əksinə olsaydı hərşey, ruhum çoxdaan əskimişdi,yorgun düşmüşdü. :)))
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
Vaxt ele bir iksirdir ki, onu istənilən şeyə çevirmək olur. Onun vasitəsilə istənilən maddi və mənəvi nemətləri əldə etmək, istənilən kamilliyə çatmaq mümkündür.
Sayfa 11 - Qədim Qala Nəşriyyat eviKitabı okudu
Həyat kino deyil. Kinoda qəhrəmanlar zamanı artıra bilirdilərsə, real həyatda bu, qeyri-mümkündür. Elə isə, həyatınızı təşkil edən ömür saniyələrinizin qədrini bilin!
Sayfa 16 - Qədim Qala Nəşriyyat eviKitabı okudu
Reklam
Vaxtı idarə etməyə çalışmaq insan həyatı hesab olunmursa, onda, görəsən, səfalət içində bir ömürmü əsl insan həyatıdır?!
İnsanın sahib olduğu ən əvəzolunmaz və geri qaytarılması mümkün olmayan resurslarından biri zamandır. Bu, elə bir xəzinədir ki, verilməsində heç kimı xəsislik edilməyib, hamıya ən böyük zirvələri fəth edə bilməsi üçün lazım olan qədər bəxş edilib. Bu baxımdan, bir çoxlarının düşündüyü kimi, hər kəs fərqli-fərqli nöqtələrdə deyil, eyni başlanğıc nöqtəsində dayanıb.
Finişə çatmaq üçün də hamıya kifayət qədər zaman verilib. Hər insana hər səhər 24 saat vaxt verilir. Bu da 86400 saniyə deməkdir. 86400 saniyə hər birimizə gündəlik olaraq verilmiş sehirli iksir, əvəzsiz xəzinə və həyat sərmayəsidir.
Bəzən həyatımızdakı problemlərin kökünü daha böyük maneələrdə görür və beləliklə də xırda məqamlara fikir vermirik.
81 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.