Zamanın Axınını Lənətləyirəm

Per Petterson

Zamanın Axınını Lənətləyirəm Gönderileri

Zamanın Axınını Lənətləyirəm kitaplarını, Zamanın Axınını Lənətləyirəm sözleri ve alıntılarını, Zamanın Axınını Lənətləyirəm yazarlarını, Zamanın Axınını Lənətləyirəm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Görəsən, tək qalanda hər şey dahamı pis olacaqdı? Qorxurdum bundan. Sinəmdəki ağrının artacağından, kiçik bir tikəni belə udmaq üçün etdiyim mücadilədən, ayaqlarımdakı ani qıcolmaların çoxalacağından qorxurdum. Xarab olmuş radionun buraxdığı dalğalar kimi ora-bura uçuşan düşüncələrimdən, yuxularımdakı çılğın, saysız-hesabsız diksinmələrdən qorxurdum.
Sayfa 22 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Orta məktəbi bitirdikdən sonra sırf məcburi məktəb proqramına daxil olmadığından, alman dilində bədii ədəbiyyat oxumağı dayandırdığım üçün məni danlamışdı, intellektual baxımdan tənbəl olduğumu söyləmiş və mən də özümü müdafiə edərək tənbəl olmadığımı, bunun bir prinsip məsələsi olduğunu və faşistlərə nifrət etdiyim üçün alman dilində oxumadığımı demişdim. Bu onu daha da əsəbiləşdirmişdi. Titrəyən şəhadət barmağını burnuma uzadaraq: "Sən Almaniyanı, alman tarixini və oradakı hadisələri hardan biləsən?" - demişdi mənə.
Sayfa 11 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
...anam heç vaxt Hamfri Boqarta “İkimizi də düşünməlisən!” deməzdi. O bunu heç kəsə deməzdi.
Sayfa 9 - TEAS Press Nəşriyyat eviKitabı okudu
"Həmin vaxtlar Sven Lindqvistin "Vu Tao-tzu əfsanəsi" kitabını oxuyurdum. Kitab bu sözlərlə bitirdi: "Zor tətbiq etmədən ictimai və iqtisadi azadlıq mümkündürmü? Xeyr. Zor tətbiq etməklə mümkündürmü? Xeyr."
"Mao həmişə deyirdi ki, hamının qəbul etdiyi istiqamətdə gedən axın heç kəsin gözləmədiyi anda yönünü dəyişə bilər. Dəyişiklikləri görə biləcək qədər diqqətli olmasan, tək qalacaqsan."
"Gecələr yorğan altında taxta kimi uzanmağın, quru, bərəlmiş gözlərini qaranlığa zilləməyin, həyatın dadını ağızda kül kimi hiss etməyin nə demək olduğunu yaxşı bilirəm."
Reklam
416 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.