8/10
·328 syf.··
2026 5. kitabı
Əvvəlini oxuyanda çox çərəzlik kitab kimi gəlmişdi amma sonra gördüm ki,yox gedir əməlli çox axıcı idi,maraqla oxuya-oxuya deyirdim ki,"görəsən sonra ne olacaq?".Təxmin eləmişdim ki, etanin atası çıxacaq amma yenə də tərs köşə oldum,ondan əlavə Klerin sonluğunun mənasız olduğunu düşünürəm,Etanin Kassandra ile otelde olan səmimiyyətini necə belə tez unutdu?Və niyə ancaq Kassandrani günahlandırirdi?Etanin evli ola-ola,elə hərəkətlər eləməsi daha səhv idi.Dominik..Kler ümid verirdi hər dəfə..Mən anlamırdım ki,Klerin yaxın dostu var idi və yaxşı da dost idi niyə dərdini tökmək istəyəndə ona danışmaq yerinə Dominiki liman kimi istifadə edirdi?Bu personajı həqiqətən anlamadım,hərəkətlərinə məna verə bilmədim.Ustəlik Etan bunu aldatdığını əlinə bayraq eləyib Dominiklə yaxınlıq edirdi,hələ bir hissədə Dominikə ərindən ötrü dərd yanıb deyinirdi,sonra da başın çiyninə qoyub düşünürdü ki,bura çox rahatdı (??)Səhv hərəkət etdiyini anlayanda da özünə təsəlli verirdi ki o da başqası ilədir.Belə düşünürdunsə axırda niyə barışdın Kler?Deyərlər adama
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,8bin okunma
Eser tehlilim-Böyürtkənli qış
Puan vermedi·328 syf.··
2025 2. kitabı
Bu əsər oxuduğum ən gözəl əsərlər siyahısına girdi. Heqiqeten de şedevrdır. Əsərin xülasəsi (spoiler var ) Əsər həm Vera, həm də Klerin dilindən yazılmış 20 fəsildən ibarətdir. 1933-cü il may ayında qarlı bir gündə övladını itiren bir ana, hansı ki onu axtarıb tapmaq üçün her şeyi etmeye razı olan bir qadın- Vera Rey. Sevdiyi adamı belə tərk edə biləcək qədər onu düşünür. Kler OLdric isə 2011-ci ildə may ayında bu cinayətin axtarışına düşən gənc . Çətinliklərlə qarşılaşmasına baxmayaraq əzmlə bu işi sona çatdıran, bütün səbəbləri araşdırıb tapan bu gənc qadın ailə həyatındakı faciəvi(uşaq itirmek-2010) hadisələrə və evliliyinin sona çatma qorxusuna rəğmən motivasiyadan düşmədən,ümidsizliyə qapılmadan qarşıya qoyduğu məqsədinə nail olur.Heyat yoldaşı Etan uşağının ölməsi səbəbindən əvvəllər çox sevdiyi Klerden bir müddət soyuyub Kassandra ilə yaxınlaşır.Sonda peşman olur.Kler ilə yeni həyata başlayır.Bu müddət ərzində isə Kler Vera və Deniel faciəsinin üstünü açır.Belə ki,Vera 1929cu ildə tanış olub çox sevdiyi Çarlzla(Veranı tanıdıqdan sonra kasıblara baxış bucağı deyişir ve xeyirxahlıq etmeye çalışır-meselen,veranın qonşusuna)sevgili olduqdan sonra Çarlzın bacısı Cozefina bunları görür ve Veranı ailəsinə yaraşdırmır.Ona görə də Çarlz Veranı evine devet edib ailesiyle tanış etmək istəyəndə Cozefina orada Veraya Çarlzdan uzaq durmasını yoxsa Çarlzın mirasının ondan alınacağını deyir.Vera da uzaqlaşır(2aylıq hamile idi Deniele,lakin bunu Çarlza demekden imtina edir artıq.)Deniel 3 yaşında olanda isə Cozi onu qaçırır.Vera onu axtarmaq üçün Lon Edvardsa sığınır çaresiz olaraq lakin o Veraya qarşı düzgün hereket etmir.Vera mecbur qalır Çarlzla görüşmeye(4 il sonra)artıq Çarlz evlenmişdi Eleyn adlı xanımla.uşaqları olacaqdı.Vera bura gelende eslinde DEniel ele
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
"Böyürtkənli qış"
10/10
·328 syf.··
2025 6. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Ocak 2025 00:15
Sarah Jio Kitabın o qədər təsiri altındayam ki,necə və hardan başlayacağımı bilmirəm. Kitab elə ilk cümlələrindən "Oxu məni!" deyərək oxucunu özünə cəlb edir.Romanın mövzusunun mərkəzində analıq emosiyası durur.Vera ilə Klerin ağrısını,onların qorxunc sınaqlara məruz qalmasını insan realmış kimi yaşayır. Qısa olaraq deyim ki,Sietldə Vera adlı qadın kirayə tutduğu balaca evdə 3 yaşlı balaca oğlu Deniellə yaşayır.Məcburiyyətdən işə-oteldə gecə növbəsinə gedərkən oğlunu evdə tək qoyur.Öpüb,qucaqlayıb evdən çıxır.1933-cü ilin may ayında.Səhər isə yaz fəslində şəhərə qar yağır.Elə bir qar ki,sanki qışın oğlan çağını xatırladır.Vera işdən çıxıb tələsik evə gəlir.Lakin oğlunun evdə olmadığını görür.Nə qədər axtarsa da ,axtarışları heç bir nəticə vermir.Hadisənin üstündən az qala 80 ilə yaxın vaxt keçir və yenidən may ayında Sietldə yenidən möhkəm qar yağır.Kler Oldric adlı müxbir xanım redaksiyadan qar tufanı haqqında məqalə yazmaq tapşırığı alır.Və nəhayət,Klerin möhtəşəm təhqiqatları,tükürpədici və dəhşətli hadisələrin üstünü açmağı oxucunu rahatladır. O qədər möhtəşəm roman idi ki.Bir tərzi də çox sevdim yazarda:bir bölmədə indiki dövrdən,digər bölmədə 80 il öncəki dövrdən yazır.Və hər bölmənin sonunda oxucunu intizarda saxlamağı bacarır. Hər kəsə xoş mütaliələr. #böyürtkənliqış 10/10
Edebiyat & Roman
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,8bin okunma
10/10
·336 syf.··
2024 44. kitabı
Yaddaşını itirən Karolayn Paris xəstəxanasında ayılır. Kler küçəsindəki geniş mənzildə kədərli və təkəbbürlü bir həyat sürdüyünü öyrənir. Yavaş-yavaş bir kişi və uşaq haqqında qeyri-müəyyən xatirələri bərpa olunmağa başlayır. O, həyata yenidən başlayacağına söz verir. Lakin daim özünü təhlükədə hiss edir. Yaxınlıqdakı restoranın aşpazı ilə yenicə başlanan dostluq isə onun fikrini dumanlı keçmişdən ayırır.Nasistlərin işğalı altında olan Parisdə Selin adlı gənc, dul qadın atasının gül dükanında işləyir. Hər şeydən artıq sevdiyi qızına gözəl həyat qurmağa çalışır. O öz sevgisini yenidən tapacağına ümid edir.
Kitap Alıntısı
Parisdəki Bütün ÇiçəklərSarah Jio · Qanun Nəşriyyatı · 20234,787 okunma
10/10
·600 syf.··
Beğendi
·
2021 12. kitabı
Bu əsər haqqında çox şey demək olar. Hər şeydən əvvəl çox təsirli bir əsərdir, 19-cu əsrdə Amerikada hökm sürən quldarlıq quruluşu, zəncilərə edilən zülmlər, qul alverçilərinin və bəzi plantasiyaçıların vicdansızlığı, daşqəlbliliyi; ananı övladından, övladı anadan, əri arvadından, uşaqlarından zorla ayırıb sanki cansız bir əşya kimi auksiona çıxarıb satmaqları, istəklərinə əməl olunması üçün ölənəcən döyüb-alçaltmaları və daha nələr, nələr öz qabarıqlığı ilə bu kitabda diqqəti cəlb edir və insan qəlbinin kədərli simlərinə toxunmaya bilmir. Bundan başqa xeyirxah plantasiyaçılar da öz nəcib əməlləri ilə oxucuların qəlbini fərəhləndirir, dövrün problemlərini açıq-aşkar görür və düzəltmək hissi ilə alışıb yanırdılar. (Şelbilər, Sen-Kler və onun gözəl, ağıllı, öz yaşıdlarından kəskin fərqlənən qızı, Yeva, o ilahi mələk) Lakin bütöv əsərin ideyası təkcə zəncilərə edilən zülmlər, əzablar deyil, həqiqi bir inam və sədaqətdir, Allahın varlığına, onun qəlbləri ümidsizlikdən sönmək üzrə olanlara, aldığı fiziki və mənəvi yaralardan qovrulanlara bir məlhəm olduğuna, məzlumların sonda əbədi cənnətə, ölməzliyə, azadlığa qovuşmağına inamdır...O inam ki, Corcla Elizanı birləşdirdi və azadlığa qovuşdurdu...O inam ki, Yevanın balaca ürəyini ilahi eşqlə doldurdu və onu Allahın dərgahına apardı...O inam ki, çəkdiyi əziyyətlərə, gördüyü zülmlərə baxmayaraq Tomu heç vaxt yolundan dönməyə, Allahdan üz çevirməyə, inamından döndərə, sədaqətindən məhrum edə bilmədi... Bəli, inam onların hər birini fərqli şəkildə azadlığa qovuşdurdu.
Tom Dayının DaxmasıHarriet Beecher Stowe · Hədəf Nəşrləri · 02,321 okunma
10/10
·98 syf.··
Beğendi
·
2019 75. kitabı
·
22 saatte okudu
·
Okunma: 04 Aralık 2019 07:50
SONSUZLUK OYUNU “Günlükler insanın sırdaşıdır. Bazen insan geçmişini günlüklerde biriktirir. Her ne kadar gizli saklı tutulsalar da hep bir gün birinin onu bulup okuması da istenir.” “Hayaller kurmak zamanı hızlandırıyor.” “Kırlangıç mevsimi değil henüz Gözlerindeki buğu çözülmemiş bir gecenin İlk armağanı, avuçlarıma değen nefesin.” Nero, Zero, Ferri, Dino, Charlie Mikan, Leo, Maya, Sofya, Lora, Fıçı Teo, Kler, Zac Tracy, Jena Tracy, Jennifer, Gloria, Stan, Sofya, Milo Mikan, Tino, John ve Kate ile bu güzel eserde buluştuk ve onlarla adım adım beraber yol aldık. Yazarımız akıcı bir dille yazdığı için sıkılmadan okuyacağınız bir eser. Gerçek mi? Kurgu mu? Ödev konusu, ben gerçekmiş gibi okudum. Duyguları güzel yansıtmış satırlara, hele eserin sonunda Kate, Nero’ya babasının gönderdiği kutuyu mezuniyet töreni sonrası verdikten sonra içinde gördükleri hediye duygulandırdı beni… Gözlerim dolu dolu oldu ve hediyeyi gördükten sonra Nero’nun neler hayal etmiş olduğunu düşündüm. Anılar… Kate Nero’nun mezuniyet töreninden sonra Milo’nun yanına gittiğinde kapıda nöbet tutan askerlerin konuşmasını duyduğunda bende şok oldum Kate gibi… Üzüldüm… Karakterimizin sayfa 31 de kurduğu ağaç ev hayali çok güzeldi. Ne güzel olurdu bir ağaç evde güzel güzel kitaplar okumak ;) Kitapta yaşananların bazılarının düşünüldüğü gibi çıkmaması, altında başka şeyler olduğu ve dışarıdan gözlemlendiği gibi olmadığını anladığımda bende utandım. Çünkü bende Milo Mikan’dan şüphelenmiştim ve ona kızmıştım yaptığı davranışlardan ötürü… Eserde farklı hayatlar ve sonrasında ortak bir buluşma… Güzel bir eser olmuş. Yalnızca bazı isimler daha farklı olsaydı daha güzel olurdu diye düşünüyorum. Eserin sayfa sayısı az olmasına rağmen içerisine o kadar çok hayat yerleştirmiş ki okumakla bitmez
Sonsuzluk OyunuSergei Novan · Cinius Yayınları  · 201923 okunma