10/10
·208 syf.··
2025 15. kitabı
Öncəliklə hamıya salammm.Bu gün Qara Köhlən kitabı haqqında fikirlərimi sizinlə bölüşəcəm. --- Balaca qara at doğulanda çoox xeyirxah sahibinin himayəsi altında idi.... O düşünürdü ki, sahibi onu heç vaxt satmaz.Çünki anası da onunla birlikdə idi... Bir ananı isə övladdan ayırmaq... Nəysə... Müxtəlif hadisələr nəticəsində sahibi onu satır.... Bəzi yerlərdə ona qəddar,bəzi yerlərində isə ona o qədər səmimi davranırlar ki... Onun adı o qədər dəyişir... O qədər dəyişir... Darki bir yerdə.Qara köhlən (ona ən çox yaraşan) bir yerdə... Bir fikirləşin.Bir dostunuzun adı hər gün dəyişilir... Whatsapp'da ad dəyişdirməkdən bezərdik... Məsələdən çıxmayaq.. Atımızın başına gələn hadisələrdən sonra cılız at böyük və güclü bir at olur... Sonunu demiyim.Artıq oxusanız, özünüz görərsiniz :) Oxuduğunuz üçün təşəkkürlər :) The book is life... Fatimə Təhməzova
Edebiyat
Qara köhlənAnna Sewell · 3 alma · 201511,9bin okunma
9/10
·208 syf.··
2024 142. kitabı
·
24 saatte okudu
·
Okunma: 17 Haziran 2024 16:45
Hər bir insanın oxuması lazım olan bir kitabdır. Heyvanlar və insanlar arasındakı münasibət çox gözəl şəkildə yazılıb. Hər bir canlının sevgiyə ehtiyacı olduğunun bariz nümunəsidir. Yazıçı qələmini bəyəndim. Hər cür yaşdan olan insanın oxuması vacibdir. Anna Sewell Qara köhlən
Edebiyat
Qara köhlənAnna Sewell · 3 alma · 201511,9bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Köhlən...
Puan vermedi·520 syf.··
2023 10. kitabı
Sözünü düşünmədən deyən kimsə alacağı cavabdan inciməyə hazir olmalıdır.Nə söyləyəcəyəm deyə əvvəlcədən düşünmək Niyə söyləmədim deyə nəticədə peşman olmaqdan yaxşıdır.Qəzəbləndiyin zaman belə doğruluğuna ayrilma.Həqiqi igidlik budur......
1000Kitap
Sa’dî-i Şîrazî DivanıŞeyh Sadi Şirazi · Önsöz Yayıncılık · 202235 okunma
Vəhşiliyə son!!!
9/10
·208 syf.··
Beğendi
·
2022 6. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Şubat 2022 00:00
Diikkat spoil var!!! Bildiyimiz kimi Anna Syuel əsasən təmsil xarakterli əsərlər yazan yazıçı hesab olunur. Yazdığı bir çox əsərlərdə heyvanların dilindən günümüzdə baş verən vəhşilikləri qələmə alan yazıçı, həm insanların, həm də heyvanların və ya digərlərinin canlı olduğunu qeydə alır. Heyvandır deyib əzmək, əziyyət verməyin onların aləmində necə vəhşilik olduğunu qeyd edir. Kitabda qeyd olunan Qara Köhlənin hekayəsi insanların qarşısındakılara nə etsə əvəzini görəcəyi fikrini aşılayır. Qara Köhlən özü çox sakit və alicənab cinsdən olan at hesab edilir.Və bu at özünün gəncliyindən qocalığına qədər olan münasibəti nəql edir... Canlı aləmin qarşılıqlı şəklində mübadilə ilə yaşamasını qeyd edən yazıçı bu əsər nəticəsində 7-dən 70-ə qədər kitabı tövsiyə edir...
İnsan ve Tabiat
Qara köhlənAnna Sewell · 3 alma · 201511,9bin okunma
10/10
·208 syf.··
2022 1. kitabı
"Qara Köhlən" adlı atla dayçalığından tanış oluruq. Bizə öz həyat hekayəsini danışır. Onun həyatda ilk çətinliyi təlimdən başlayır. Çətinlik deyəndə yüyənin taxılmağı, yəhərin belinə qoyulması və s nəzərdə tuturam. İlk sahibinin təlim zamanı yaxşı davranması nəticəsində bütün bunlara öyrəşir. Atların hamısı ilk sahib baxımından "Qara Köhlən" qədər şanslı olmur. "Qara Köhlən"in sonradan tanıyıb dost olduğu "Cincer" adlı at şansı gətirməyən atlar sinifinə daxildir. Onunla vaxtında kobud davranılıb deyə indi yola getməz heyvana çevrilib. Ümumiyyətlə yaxşı sahibin böyütdüyü at mehriban, pis sahibin böyütdüyü at isə vəhşi olacaq. Bu bütün heyvanlarda belədir. Hətta sakit təbiətli Pitbullda böyütmək olar. "Qara Köhlən"in sahibi yaxşı çıxdıqda tərifi olmayan xoşbəxtlik hissi yaşayır, sahibi qəddar olduqda isə özümü dəhşətli dərəcədə pis hiss edirdim. Kitabın içinə girib onu xilas etmək istəyirdim. ‍ Yazıçı Anna Syuel gəzə bilmədiyindən daha çox hərəkətlilik üçün at arabalarından tez-tez istifadə edirdi ki, bu da onun atlara böyük sevgisinin yaranmasına səbəb olur. O qədər zəif idi ki, tez-tez yatağında olmaq məcburiyyətində idi. Buna görə də Anna üçün yazmaq çox çətin idi. Bu səbəbdən mətni anasına diktə edərək yazdırmağa başladı. 1876-cı ildən etibarən kiçik kağız parçalarına yazdıqdan sonra anası bu mətinlərin üzünü köçürdü. 50 milyon nüsxədən artıq satılan kitabı uşaqlar oxusalar darıxacaqlar. Uşaqlar üçün satılan on kitabdan biri qəbul edilsədə yeniyetmələr və böyüklərin oxumasını məsləhət görürəm. Anna Syuell bu əsəri elə böyüklər üçün yazıb. İt, pişik, balıq, kirpi, tısbağa və tutuquşu saxlamağı çox istəyirəm. Amma bir at sahibi olmaq ağlımın ucundan belə keçməyib. Bu kitab atları mənə sevdirdi. İnşaallah bir atım olar. Harda at(lar) görsəm iki şey düşünəcəm:
Qara köhlənAnna Sewell · 3 alma · 201511,9bin okunma