Böyümək necə bir şey bilirsiniz?
Öncələr ruhumuz bədənimizə sığmazdı, amma indi kiçildikcə kiçilir sanki. Dondurmalardan əvvəlki dadı almazsınız məsələn, 1 manat da sizi varlı hiss etdirməz
Cizgifilmləri izləməzsiniz, artıq dünyanın ordakı qədər məsum olmadığının fərqindəsinizdir
Güzgüyə artıq daha çox baxırsınızdır, geyimlər, saçlar, dırnaqlar necə də gərəklidir. Şəkilləri də anı dondurmaq üçün çəkməzsiniz, sadəcə necə göründüyünüz önəmli olar,nə hiss etdiyiniz deyil.
Oyunlar oynamaz, mahnı oxumaz, şəkil çəkməz, rəqs etməzsiniz. İçinizdən gələn heç nəyi etməz və söyləməzsiniz. Böyüdükdə artıq siz heç siz olmazsınız :')