Oxuyun, oxudun. İmkanınız çatırsa, yüksək səslə oxuyun. Təki hər kəs bu kitabdan xəbərdar olsun. Bu kitabı oxuduqca heç bir təbii sərvəti olmayan, torpaqlarının böyük qismi göllərdən ibarət olan ölkənin sıfırdan necə inkişaf etdiyini görəcəksiniz. İnkişaf üçün atılan addımlar çox sadədir. Və bu addımların kökündə sevgi durur. Vətən sevgisi, insan sevgisi, din sevgisi və s. "Bir ölkədə hərbi xidmət necə olmalıdır?" "Valideyn övladını necə tərbiyələndirməlidir?" "Təhsil necə təbliğ edilməlidir?" "Cəmiyyət necə qurulmalıdır?" və s. Bu sualların cavabı kitabda mövcuddur.
Beləliklə, DÖVLƏTə verdiyimiz nəhəng səlahiyyətlərin həvaləsini yəni DÖVLƏT HAKİMİYYƏTini öz sıralarımızdan seçdiyimiz ayrı-ayrı VƏTƏNDAŞlara müəyyən bir müddətə həvalə edirik. DÖVLƏT HAKİMİYYƏTi həvalə etdiyimiz şəxs DÖVLƏTin bu və ya digər səlahiyyətlərinə sahiblənərək yeni bir DÖVLƏT XİDMƏTÇİsi (DÖVLƏTin işlərini görən, onun adından danışan, onu təmsil edən (və ya MƏMUR deyirik) statusu qazanır. Qeyd edim ki, DÖVLƏT XİDMƏTÇİSİ işini BİRGƏ RAZILAŞMA və Əsas Müqavilə (Ali Müqavilə - Konstitusiya) əsasında fəaliyyətini qurur və bu göstərilən çərçivədən kənara çıxması qadağandır.