İlk növbədə mövzusu haqqında qısa və spoilersiz yazım;
Baş qəhrəmanımız Bestegül hər səhər olduğu kimi, dərs üçün evdən ayrılır. Ancaq bu dəfə metroya mindikdən sonra ağlına belə gətirməyəcəyi hadisə ilə qarşılaşır.
Bunu deməliyəm ki, kitabın mövzusu, gedişatı çox yaxşı idi və belə də davam edə bilərdi, ancaq yazıçı ara yerlərdə hərşeyi məhv etməsəydi. Kitabda küfür olması sevmədiyim nüanslardan biridir və bu kitabda yer verilmişdi, həm də necə iyrənc küfürlər. Hər şeyin bir limiti var, bu qədər də ön plana çəkilməməli idi küfürlər. Liseli olduqları üçün istifadə etmələri normal ola bilər, ama bu qədər də həddi aşan küfürlər yox.
Məni xəyal qırıqlığına uğradan daha bir nüans, Bestegül'ün iç səsinin Oğuz'a qarşı heç sevmədiyim, oxuyanda əsəbiləşdiyim xitablar etməsi idi. Bestegül iç səsi olaraq dediyi üçün Oğuz eşidib bilməsə belə, ki eşitsə daha da soyuyardım kitabdan (zatən yetərincə soyudum), yenə də məni narahat etdi.
Kitabda bir yox, iki yox, sayını bilmədiyim nə qədər qrammatik səhvlər var idi. Qrammatik səhvlərə anksiyetesi olan biri olaraq sevmədim.
Bunlar gənclik, sevgi, lise janrındakı kitablarda oxumaqdan zövq almadığım nüanslardır və onlar da bu kitabda var idi. Mövzusu, süjet xətti yaxşı idi, ama işte bu əskiklikləri olmasa idi.
Əgər mənim kimi belə mövzulardan narahat olanlar varsa, kitabı oxuyub anksiyete keçirməkdənsə, oxumasalar daha yaxşı olar. Yox əgər oxumağı sevənlər varsa, oxuyun, kitab tam sizə görədir. ^_^