Gül Şiir

Gül Şiir

2 üye · 2 yeni gönderi
Düzünü de
Mən bütün filmlərə ağlamışam, bilirsən? Həm də mühüm bir şeyi anlamışam, bilirsən, Bir xoşbəxtlik görəndə niyə ağlayır adam? Bir gün xoşbəxt olmağa ümid bağlayır adam. Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç? Sən xoşbəxt adamlara həsəd apardınmı heç? Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi? Sevilmək istədinmi xoşbəxt adamlar
Tapmışam
Biçin günü: həyat oraq, can zəmi, Yaş kədəri götürübdür, can qəmi. İstəmirəm yeri, göyü, aləmi, Mən yerimi bir ürəkdə tapmışam. Səni görür, tez açılır bənizim, Mən sahilin, sən qoynumda dənizim. Çəmənlərin şeh gülüsən, əzizim. Oxşarını gül-çiçəkdə tapmışam. Bu yaşımda gəlib çıxdın haradan? Naxış vurub sənə səni yaradan. Sənsən məndə bu sevgini yaradan, Eşqi səntək bir mələkdə tapmışam.
Sayfa 31 - AlatoranKitabı okuyor
Reklam
Etmədinmi?
Çox da məğrur olma, ay qoca dünya, Məcnunu çöllərdə kor etmədinmi? Kərəmi ocağın gözünə qatdın, Yaxıb bircə ovuc qor etmədinmi? Bülbüllər gül üçün deyirdi ağı, Xəzan yelləriydi, dağıtdı bağı. Yardırdın Fərhada keçilməz dağı, Yusifə quyunu zor etmədinmi? Yağdırdın başıma hər dəfə dərdi, Mən dözə bilsəydim, dərd də keçərdi, Daha bu, dərd deyil, daha hünərdir. Nadirə dünyanı gor etmədinmi?
Sayfa 35 - AlatoranKitabı okuyor
Kitab kimi qadınlar
Bəlkə də, qismət olur ən günahkar adama, Savab kimi qadınlar. Ən cahil insanların rəflərində tozlanır, Kitab kimi qadınlar. Səmaları coşdurur Səsim, Küyüm, Harayım. Səni mən harda gəzim? Səni harda arayım? Bircə yol duya bilsəm, Qulağımda yar səsi. Sən hayana gedirsən, Mən də ora dönürəm. Ay eşqimin qibləsi.
Sayfa 23 - AlatoranKitabı okuyor
Bu intizar dumanımdır, çənimdir, Miskin olan divanələr tənimdir. Buralarda tək inilti mənimdir, Eşitdiyin ən ağrılı səsə gəl.
Sayfa 19 - AlatoranKitabı okuyor
Şeir qadın, Şair adam
Mən kobud adamam, sən zərif çiçək, Nə könül oxşaram, nə naz çəkərəm. Gör bir aramızda necə təzad var, Sənin baharına ayaz çəkərəm. Ay mənim dünyamı bəzəyən çiçək, Bağbanın xamıyam, güllərə yadam. Bizim aramızda bircə yaxınlıq, Sən şeir qadınsan, mən şair adam. Mən başı bəlalı, dəli adamam, Sənsən bu ruhumun yubandığı yer. Deyirlər, xəyalın məkanı olmur, Sənsən arzuların dayandığı yer.
Sayfa 51 - AlatoranKitabı okuyor
Reklam
262 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.