İman ve hidayet yalnızca Allah'ın elindedir kardeş, unutma. Nemrut'a iman verseydi Hz. İbrahim belki Harran'a gelmez, sayısız mal ve mülke, hatta inanan bir ümmete sahip olmazdı.
Mütəhhəri dövrünün azsaylı alimlərindən idi ki, dövrün tələbini, aktual olan məsələləri bilirdi və bu yolda ömrünü fəda edirdi. Mütəhhəri bilirdi ki, səmavi dində cavabsız suallar yoxdur. Cavabsız qalan sualların, İslamın yanlış tanınmasının səbəbi məhz bu dinin himayəçisi olduqlarını iddia edən məsuliyyətsiz şəxslərdir:
"On dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, müqəddəs İslam dini hələ də tanınmaz qalmış bir dindir. Bu dinin həqiqətləri uzun müddət xalq arasında təhrif olunmuş formalarda əks olunub. Bəzi şəxslərin dindən qaçmasının əsas səbəbi də bu ad altında aparılmış səhv təlimlərdir. Bu müqəddəs dinə hazırda da ən çox zərbə vuranlar zahirdə onu himayə etmək istəyən iddiaçılardır. Bir tərəfdən imperialist qüvvələrin gizli və aşkar vasitələrlə hücumu, digər tərəfdən də əsrin İslamı himayə etmək istəyən iddiaçılarının məsuliyyətsizlikləri bu dinin müxtəlif sahələrdə ideoloji hücumlara məruz qalmasına səbəb olub. Buna görə də mən öz bacarığım çərçivəsində bu sahədə əlimdən gələni etmək fikrindəyəm".