m

Mart 2024

1 üye
Takip
Mart ayında oxuduqlarım (2024)
1. John Boyne Zolaqlı Pijamalı Oğlan 10 ⭐ 2. Paola Peretti Kiraz Ağacı ile Aramızdaki Mesafe 8 ⭐ 3. Francesco D'Adamo Çanta, Dəniz və Ümid 9 ⭐ 4. Alexandre Dumas Qara Zanbaq 10 ⭐ 5. Anton Çehov Üç Bacı 8 ⭐ Beləliklə, mart ayında oxuduğum kitablar bunlardır. Mən bu ay oxuduğum kitablardan çox zövq aldım, hər günüm demək olar ki, kitab oxumaqla keçdi. Bu səbəbdən mart ayı mənim üçün çox gözəl keçdi, şükürlər olsun ki. Aprel ayında da oxumağı hədəflədiyim kitablar var, ümid edirəm, onları da sevərək, xoş oxumalar keçirərək oxuya bilərəm 🌸 İstəyən hər kəs şərhlərdə bu ay oxuduqları kitabları yaza bilər 📚🌷✨
Mart 2024
Həyatımda oxuduğum ən gözəl kitablardan biri...
10/10
·208 syf.··
Beğendi
·
2024 6. kitabı
·
24 günde okudu
·
Okunma: 02 Mart 2024 21:52
"Fərqlilik nədə idi? O özü üçün bilmək istəyirdi. Görəsən bu insanları kim pijamalılara və uniformalılara bölüb?" (Səh 102) Uzun müddətdir oxumaq istədiyim və axır ki, oxuduğum o möhtəşəm kitab... John Boyne Zolaqlı Pijamalı Oğlan kitabı... Bu kitabı o qədər çox sevdim ki, o qədər mənə təsir etdi ki, bu kitaba bir təhlil yazmasam, özümü borclu hiss edəcəkdim. Çalışacağam ki, kitaba layiq bir təhlil yazım, ümid edirəm, yaxşı alınacaq. Kitabda Hitlerin yəhudilərə qarşı olan dəhşətli rəftarından, Auşvitzdə həbs olunan yəhudilərdən, onların başlarına gələn hadisələrin iki dostun əhatəsində nümayiş etdirilməsindən söhbət gedir. Dostlardan biri, yəni Bruno həmin Auşvitz rejiminə nəzarət edən komendanın oğlu, digəri isə qəddar işgəncələrə məruz qalan yəhudi uşağıdır. Onlar bir-birilərini daha da tanıdıqca aralarındakı dostluq daha da qırılmaz zəncirə çevrilir. Bruno ailəsi - atası, anası, bacısı ilə birlikdə Almaniyada yaşayırdılar. Daha sonra onun atasının vəzifəsi yüksəldiyinə görə onu Auşvitz rejiminə komendant kimi seçirlər. Buna görə də onlar Auşvitzə getməyə məcbur olurlar. Bruno Auşvitzdə yaşamağa alışa bilmir, Almaniyadakı dostları, parkları, evləri üçün darıxır, Auşvitzi tərk etmək istəyir, lakin bu mümkün deyildi. Bacısı Qretel ilə isə tez-tez mübahisə edirdilər, yol getmirdilər. Buna görə də Bruno vaxtını kitab oxumaqla, pəncərədən gördüyü zolaqlı pijamalı insanların nə etdikləri barədə düşünməklə, özünə macəra tapmaqla keçirirdi. Bir gün o özünə macəra tapmaq istəyir, gələcəkdə kəşfiyyatçı olmaq istədiyi üçün kəşfiyyata çıxır. Bu zaman hasarla qarşılaşır, hasarın qarşı tərəfində isə Şmuel adlı yəhudi oğlanla tanış olur. Beləliklə, onlar hər səhər və günorta yeməyindən sonra görüşməyə başlayırlar. Onların söhbətlərini, dialoqlarını oxumaq o qədər maraqlı, o qədər təsiredici idi
Mart 2024
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,6bin okunma