Qadın deyəndə ki, «Sənin ürəyin daşdandır!
Sən ancaq öz fikirlərinlə məşğulsan», kişi cavab verir ki, «Burada pis nə var ki? Başqa cür mən problemləri nece həll edə bilərəm?» Kişinin fikrinə görə qadın onu boş şeylərə görə qınayır: axı o, vacib şeylər haqqında düşünməklə məşğuldur. Kişiye elə gəlməyə başlayır ki, onu qiymətləndirmirlər.
Qadın deyəndə ki, "Sən məni vecinə almırsan", kişi cavab verir ki, "Kim deyir vecimə almıram? Elə isə, səncə, bu problemin üzərində niyə baş sındırıram?"
Kişi hesab edir ki, problemi həll etməsi nəticəsində qadın da, müəyyən mənada, udacaq deyə, kişinin bu işi onun üçün gördüyünü anlamalıdır. Qadına isə onun diqqət və qayğısını bilavasitə hiss etməsi lazımdır: onun sözlərinin mənası bundan ibarətdir.
Marslılar mağaranın dərinliklərinə çəkiləndə, adətən, dost və yaxınlarının da müəyyən problemi ola biləcəyini yaddan çıxarırlar. "Özgəsinə qayğı göstərməzdən əvvəl öz qayğına qal" instinkti üstün gəlir.