Link paylaşımı
Link Paylaşımı academia.edu/resource/work/1... tek1bilinc.blogspot.com/2026/06/6-basya... BU MAKALE NEDEN OKUNMALIDIR? 1. Hukuka ontolojik bir meydan okumadır. Bu makale, hukuku sadece reforme etmeyi değil; onun dayandığı ontolojik temelleri (dualite, lineer zaman, caydırıcılık, egemenlik) deşifre ederek kökünden dönüştürmeyi hedefler. Bildiğiniz tüm hukuk kavramlarını sorgulatır. 2. Yepyeni bir hukuk dili ve kurumsal mimari inşa eder. Kolektif Rezonans Mahkemeleri, Frekans Aynaları, Gözlemci Bilinç, Kozmik Frekans Borçlanması, Hapisten Enhar'a, Metapolimetapolitersinirlezonaktik Durum — bunlar literatürde eşi benzeri olmayan özgün kavram ve kurumlardır. 3. Teoriyi uygulamaya bağlar. Akdeniz KRM pilot uygulaması, 5 başarısızlık senaryosu, matematiksel modelleme ve görsel şemalarla "Peki bu sistem pratikte nasıl işler?" sorusuna cesurca cevap verir. 4. Kendi eleştirilerini bizzat yazar. Kapitalist, Marksist, liberal ve İslam hukuku perspektiflerinden gelebilecek itirazları tek tek sıralar ve cevaplar. Bu, akademik dürüstlüğün en üst seviyesidir. 5. Hukuku kuantum fiziği ve ontoloji ile buluşturur. Lazaman (Zamansızlık), Lamekan (Mekansızlık), Halsizlik ve Laşekil ilkeleriyle hukuku, varoluşun temel geometrisine bağlar. Hukuk felsefesine yepyeni bir soluk getirir. 6. Zerone Külliyatı'nın köprü cildidir. 5. ciltte kurulan Metapolitersinir Ekonomi'yi hukuki zemine oturtur; 7. ciltte ilan edilecek nihaî mührün altyapısını hazırlar. Külliyatın bütünlüğünü kavramak için anahtar konumundadır. 7. İki dillidir. Tam metin hem Türkçe hem İngilizce olarak sunulmuştur; uluslararası okuyucuya doğrudan erişim sağlar. WHY SHOULD YOU READ THIS PAPER?
Xəlil Rza Ulutürk şeirində deyir ki;
Eşitsəm gəlirsən, çıxaram yola, Bütün yollar boyu güllər əkərəm. İkimiz bir qəlbdə yaşayaq deyə, Sənə qəlbim boyda bir ev tikərəm.. Xəlil Rza Ulutürk
Etimoloji Defteri
Mücellit Nedir ?
Nüsrət Kəsəmənli - Aldanmış məktublar
Hər sətir üstündə titrəyib əlim, Sətirlər qəlbimdən od alıbdılar. Mən sənə bir dəfə aldandım, gülüm, Məktublar ömürlük aldanıbdılar. Məni yad eləmə, özgə ol, yad ol, Oyuncaq olmasın məktublar barı. Ömründə bircə yol, alicənab ol, Yandır xatirəmi - o məktubları. Orda ürəyimin harayı , ahı, Qəlbimin utancaq sevdası yatır. Orda vüqarımın sınmaz günahı, Kövrək bir nəğmənin sədası yatır. Dağılar şöhrətin dumanı, dağı, Udar bir ac balıq incitək səni. Yazdığım sətirlər ac toxum kimi, Bir göz yaşını içəcək sənin. Məktublar içində nəyim-nələrim, Alovlu sətirlər gizli qəm kimi, Yandır məktubları... xatirələrim Yansın, külə dönsün qoy Kərəm kimi. Sənə ümid dolu dikilən gözlər, Yenə xatirədə donub qalandır, Əlim əsə-əsə yazdığım sözlər, O zaman düz idi, indi yalandır.
Şiir
Xəlil Rza Ulutürk - Eşitsəm gəlirsən...
Eşitsəm gəlirsən, dönərəm yelə, Öpərəm mübarək qədəmlərini... İçərəm bənövşə kirpiklərindən Asılan mirvari şəbnəmlərini, Öpərəm mübarək qədəmlərini... Eşitsəm gəlirsən, uçaram, inan, Pəmbə buludlarla qucaqlaşaram. Açaram köksümü yeddi iqlimə. Dəli çaylar kimi aşıb-daşaram. Pəmbə buludlarla qucaqlaşaram... Elə bir gülsən ki, ömür bağımda Səni nəfəsimlə bəsləmişəm mən, Qönçə bağçasısan göz qabağımda, Səni dan yerindən səsləmişəm mən. Səni nəfəsimlə bəsləmişəm mən... Eşitsəm gəlirsən, çıxaram yola, Bütün yollar boyu güllər əkərəm, İkimiz bir qəlbdə yaşayaq deyə, Sənə qəlbim boyda bir ev tikərəm, Bütün yollar boyu güllər əkərəm... Mən – evəm, sən mənim od-ocağımsan, Bağbanam, sən mənim barlı bağımsan, Mən dağ bulağıyam, sən bulaqlı dağ, Dünyadan ən böyük umacağımsan. Ürəyim o qədər yanıqlıdır ki,
Şiir
Belə!
Könlüm ki olub zülfi-pərişanın əsiri, Canım da olub sevgili cananın əsiri. Ümmidi-vüsal ilə olub sərsəri könlüm, Sevdaya düşəndən qəmi-hicranın əsiri. Bu hüsnü o dildara kərəm qılmasa Xaliq, Mümkün deyil insan ola insanın əsiri. Sən lütfünə bax, həzrəti-Xəllaqi-cahanın, Dönmüş şəhərin şahına zindanın əsiri. Bir inci əta etmək üçün sahilə sonra, Əvvəl sədəf olsun gərək ümmanın əsiri. Həbs etmə bizi mülki-Süleymana, əzizim, Et mülki-Süleymanı Süleymanın əsiri. Qəlbimdə sözüm, gözləyirəm vəsli-Nigarı, Bir gün çıxar azadlığa Pünhanın əsiri. Pünhan Azim.
Əhməd Cavad - Şükriyyəm üçün
Bir gülsən, dərmişəm gənclik bağından, Bir gülü, çiçəyi dərmərəm sənsiz! Kam aldım ömrümün oğlan çağından, Bir bağa, bağçaya girmərəm sənsiz! Söylə yadındamı Çakva, Batumi? Ovladın könlümü, çaldın ruhumu! Kamana dönmüşdü qəlbimin simi, Hurini, mələyi görmərəm sənsiz! Nə çoxdur dünyada qənirsiz pəri! Gözümə görükməz daha heç biri! O qızıl saçları, ipək telləri Əl atıb birini hörmərəm sənsiz! Məndən xoşbəxt varmı dünyada, deyin? Ey telli yavrusu Süleyman bəyin! Bəxtim tərlan imiş: yeyindən, yeyin! Heç kəsə bu bəxti vermərəm sənsiz! Səninlə gəzərəm eldən-elə mən, Bataram, çıxaram seldən-selə mən. Düşsəm də ağıza, dildən-dilə mən, Yaşaya bilmərəm bir kərəm sənsiz! Sonatək göllərdə üzsən də mənsiz, Quş olub göylərdə süzsən də mənsiz; Sən Əsli qalsan da, dözsən də mənsiz, Alışıb yanaram mən Kərəm sənsiz!
Şiir