If i have one million dollars...
10/10
·200 syf.··
Beğendi
·
2026 4. kitabı
Bir milyon dollarım olsaydı... Bununla belə Qaraqanın yazdığı kitabları oxuyub bitirmiş oldum. Kitabı oxuyarkən müxtəlif , qarışıq hislər keçirdim. Düşünürəm ki , ən çox məyusluq və yazıqlıq hissi keçirdim, bu dünyanın əzilməyə məhkum olan yaxşı insanlarına və milyon dollarlıq mükafata layiq olan yalan insanlarına... Dərin təsir bağışladı bu kitab mənə... Artıq Qaraqan da qayıtdığına görə yeni -yeni , düşüncələrimizin beynimizi dəlib kainata sığmamasına səbəb olan kitablar yazması ümidi ilə...Düşünün ki, "işdən evə qayıdanda yolunuz bir tikinti sahəsinin yanından düşür. Orada təsadüfən bir qara çamadan tapırsınız". İçində bir milyon dollar... Kitabın baş qəhrəmanı da bu situasiyaya düşür. Birdən-birə bir milyon dollar tapmış 40 yaşlı Kərəm üçün əvvəl hər şey yaxşı gedir. Sonra pulun çoxluğu ucbatından stres keçirir, halüsinasiyalar görür, paranoik xəstəyə çevrilir. Deməli, böyük məbləğdə pul heç də həmişə xoşbəxtlik demək deyilmiş... Kitabın dili axıcı və müasir üslubdadır. Ümumiyyətlə, Qaraqanın kitablarını dilinin müasirliyinə və psixoloji təsirinə görə sevirəm. Baş qəhrəmanın və onun ailəsinin keçirdiyi iztirablar elə təsvir edilir ki, oxuyarkən özümü onların yerində hiss etdim. Bir sözlə, kitabı bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Xoş mütaliələr!
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,490 okunma
Kelimelerin Efendisi, Sessizliğin Sırdaşı
9/10
·80 syf.··
2026 8. kitabı
·
27 günde okudu
·
Okunma: 28 Şubat 2026 00:00
Özdemir Asaf ve Lavinia Üzerine... Kreatif Kültür Sanat Topluluğu olarak bu ay, Türk şiirinin "yalnızlık paylaşılmaz" diyen en zarif kalemine, Özdemir Asaf’a konuk olduk. Üyelerimizin her bir dizeye bıraktığı izler, kitabın sadece bir şiir toplamı değil, bir ruh röntgeni olduğunu kanıtladı. Zıtlıkların Aynasında Bir Sırdaş MüGe , Asaf’ı bir şairden öte, "sessiz ve samimi bir sırdaş" olarak görüyor. Kelimelerin zıtlıkları arasındaki gel-gitlerin bizi giderken nasıl kalmaya zorladığını keşfediyor. Bir yağmur damlasında dünyayı temizleme umudu bulan Asaf’ın, sıradan olanı nasıl efsunlu bir hikayeye dönüştürdüğüne parmak basıyor. MüGe 'nin İncelemesi: #298015638 "Benim Ben... Baştan Başa Sen" Matematiksel bir aşkın formülünü çıkarıyor Züleyha G. : "2=1". Asaf’ın dizelerindeki o muazzam aynalık etkisini, sevgilinin içinde kendini bulma halini en duru haliyle selamlıyor: "İyi ki sen, iyi ki Lavinia." Züleyha G. 'nın İncelemesi: #295369283 Kelimelerin Mühendisliği ve İroni ✿Ebru✿ ise kitabın teknik ve duygusal yapısına farklı bir yerden yaklaşıyor. Sesli harflere yapılan müdahaleleri, Asaf’ın o kendine has üslubunu sorguluyor: Bu bir samimiyet arayışı mı, yoksa acıyı hafifletmek için kullanılan bir ironi mi? Bu soru, Asaf’ın şiirinin derinliğindeki o gizli dehanın altını bir kez daha çiziyor. Kavuşamamanın Şahitliği 。Ruby。 , Asaf’ın sevgisini dizelerin ötesine, bir "sevgi hatıratına" taşıdığını vurguluyor. O’na göre bu dizeler, kavuşamamanın kelimelerle vücut bulmuş hali... Hatta Züleyha G. ’nın yüzdüğü "Lavinia Denizi"nin güzelliğine katılarak, bu imkansız aşkın hepimizi birer "canlı şahit" kıldığını ifade ediyor. Ölüm gibi bir şey olan ama kimsenin ölmediği o boşlukta, Ruby bizi Asaf’ın son sözüyle baş başa
Kreatif Şiir
LaviniaÖzdemir Asaf · Yapı Kredi Yayınları · 202229,5bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·264 syf.··
2025 42. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Aralık 2025 12:56
Manifest — Sözlə Başlayan Mübarizə.    Mir Cəlal "Bir Gəncin Manifesti" Roman Azərbaycandakı vətəndaş müharibəsinə həsr olunub, insan taleləri ön plandadır. Mir Cəlal insanı insan edənlə, onu qəddarlaşdıran amilləri üz-üzə qoyur və oxucunu narahat edən sualı səssizcə verir: insan, insana bunu edərmi? Qəddarlıq, biganəlik insanın xislətidir. Roman, 1938-ci ildə yazılıb, amma o dövr üçün aktual olan mövzular bu günümüz üçündə aktualdır. Mir Cəlal romanda ümidimiz, pənahımız Lenin deyir, bizim yolumuz qırmızı Rusiyadır deyir. AXC-müsavat hakimiyyətinin insafsızca tənqidi, tarixin təhrif olunmağı sovet narrativinin ədəbiyyata köçürülmüş formasıdır. Romanda Erməni Suren obrazı vardı, romanın baş qəhrəmanı Mərdan ilə Surenin qardaşlıq kağızı vardı. Bu yerdə Əkrəm Əylislinin "Daş yuxular" romanı yada düşür))) Romanda azadlığa çağırış motivləri güclüdür. Artıq yuxarı zümrənin zülümündən bezən insanlar inqilab edir. Amma bir asılılıqdan qurtulub, digərini çağırırlar "Sovet İmperiyası". Sovet Rusiyasından bizə miras qalanlar sirr deyil. Mir Cəlal həqiqəti mətnin alt-qatlarında danışırdı. Mir Cəlal elmin-təhsilin rolunu vurğulayır, cəhalət insanı asanlıqla ideologiyaların alətinə çevirir. Insan talelərini təsirli bir dillə çatdırıb yaziçi, xüsusilə Baharın taleyi insanı sarsır.  İdeologiyalar dəyişə bilər, bayraqlar enib-qalxa bilər, lakin tapdalanan vicdan, susdurulan düşüncə və dağılan talelər dəyişməz qalır. "Bir gəncin manifesti" oxuyub, düşünməli olduğumuz bir romandır, biz düşünürükmü, yoxsa bizə düşünülənləri qəbul edirik?
Edebiyat
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019349 okunma
Puan vermedi·96 syf.·
2025 44. kitabı
Əkrəm Əylislidən oxuduğum ilk kitabdır.Yadımdadır ki, məktəb vaxtı ədəbiyyat kitablarımızda yazarın əsərlərindən hissələr olurdu.Tənha narın nağılı əsəri var idi. Əsəri o zamanlar çox sevərək oxumuşdum. İndi keçək oxuduğum bu kitabına. Kitab iki hissədən ibarətdir. İlk hissədə "Metro vaqonunda gün işığı" povesti qeyd olunub. Əsərdə baş obraz Atamoğlanın uşaqlıqdan üzərində qalan, onu yaşı artdıqca daha çox düşündürən travmalarıyla qarşılaşırıq. Sonradan onun ani qərarla doğulduğu kəndə qayıtması hadisələrin axınını dəyişməyə başlayır. "Haqqın üstün açanlara mükafat verilmir, cəza verilir. Bu dünya xəlq olandan həmişə belə olub".(s.64) İkinci hissədə "Safsar" hekayəsi qeyd olunub. Bu əsərdə isə Safsar adlı heyvanın öldürülməsi obrazda travma yaradır və hadisələr də bu fonda davam edir. "Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür".(s.67.) Əslində iki əsərdə sadə dillə yazıldığı üçün axıcı idi. Ama nədənsə mən ilk əsəri sevdim, əsərdə bir doğmalıq hiss edirsən sanki.
1000Kitap
SafsarƏkrəm Əylisli · Qanun Nəşriyyatı · 201844 okunma
Puan vermedi·244 syf.··
2025 13. kitabı
·
8 günde okudu
·
Okunma: 02 Eylül 2025 01:07
Salam, əziz izləyicilər . Qaraqanın “Bir milyon dollarım olsaydı” əsərinin təhlilini sizinlə paylaşıram. Əslində hər bir insan həyatında ən azı bir dəfə belə bir sual verir: “Əgər birdən-birə çoxlu pulum olsa, ilk nə edərdim?” Qaraqan isə bu suala roman vasitəsilə cavab axtarır və göstərir ki, bəzən çox arzuladığımız şeylər bizi xoşbəxt etməklə yanaşı, mövcud xoşbəxtliyimizi də əlindən ala bilər. Əsərin mərkəzində Kərəm obrazı dayanır. Maraqlısı odur ki, Kərəm qəhrəman olmaq istəmir, çünki buna hazır deyil. Qaraqanın yaradıcılığı ilə tanış olanlar yaxşı bilirlər: o, tez-tez qəhrəmanlıq, məşhurluq və bunun gətirdiyi məsuliyyətlərlə mübarizə aparan obrazlar yaradır. Məsələn, “Art və Xaos” romanındakı Eyden kimi. Eyden də kənara çəkilmək, insanların gözündən itmək istəyir, məşhur olmaq istəmir, ona məşhurluq yük kimi gəlir. Kərəm də öz yükünü daşıya bilmir. Lakin bir milyon dolların gətirdiyi məsuliyyət onun çiyinlərinə ağır yük kimi düşür. Pul – zahirən xoşbəxtlik simvolu kimi görünsə də, onun həyatını alt-üst edir. Kərəm obrazı oxucuya ziddiyyətli təsir bağışlayır. Bir tərəfdən, o əvvəllər səmimi və yaxşı insan idi, digər tərəfdən isə pulun cazibəsi onun mənəvi dəyərlərini sarsıtdı. Oxucu olaraq mən Kərəmi sevmədim – çünki o, seçdiyi yolda daxili gücsüzlüyünü göstərdi. Bu da bir həqiqəti üzə çıxarır: insan yalnız var-dövlətlə deyil, mənəviyyatla güclüdür. Süjet dinamik və maraqlıdır, hadisələrin inkişafı oxucunu daim növbəti səhifəyə aparır. Xüsusən də final hissəsi gözlənilməz idi. Əsərin ən güclü tərəfi oxucunu düşündürmək, “xoşbəxtlik nədir?” sualını ortaya atmaqdır. Amma əsər haqqında iradım da var. Qaraqanın dili bəzi məqamlarda oxucunu yora bilir. Xüsusilə əsərin sonunda çoxsaylı adlıq cümlələrin işlədilməsi dinamikanı zəiflədir və mətnin axıcılığını
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,490 okunma
Daş yuxular
Puan vermedi·161 syf.··
2025 14. kitabı
·
27 saatte okudu
·
Okunma: 15 Ağustos 2025 19:37
"İndiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev. "Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır."— Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan. "Daş yuxular" rekviyem romanını oxuyarkən başda bəzi bəyənmədiyim, səhv gördüyüm hissələri seçib qeyd ettim. Ancaq oxumağa davam edəndə gördüm ki deyəsən bütün kitabı qeyd etməli olacam. Əkrəm Əylislinin qələmindən oxuduğum ilk əsər olduğu üçün onun üslubuna hakim deyildim. Bu əsərdə işlədilən üslubü və hadisə aparıcıllığını çox bəyəndim. Əsər də elə buna görə yaxşı başlayır (kitabın mövzusundan qeyri olaraq). Hadisələr insanı özünə çəkir oxuduqca oxumaq istəyirsən. Hətta ilk 40-45 səhifədəki mövzuda belə böyük problemlər gözümə çarpmadı. Di gəl ki kitabın ardı elə deyilmiş. "Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir: “Atəş”. Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә üzürlәr, ya da birәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma