Xristianların müqəddəs kitabında "hər şey bir sözlə başladı" deyilir. Müsəlmanların kitabında "oxu" deyilir. Bəs sizin daxili kitabınızda nə yazılıb? Siz hansı sözlər yığınından ibarətsiniz? Hansı sözləri əməllərə çevirmək istəyirsiniz? Hansı sözləri eşidəndə daxiliniz alovlanır? Bu yanğını dünyanın heç bir okeanı sözdürə bilməz.
İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi süzülüb canını qurtardı.