Yeddi sualın ardınca – "KVAN" haqqında
9/10
·168 syf.··
Beğendi
·
2026 5. kitabı
·
5 günde okudu
·
Okunma: 20 Şubat 2026 06:45
Texnologiya əsri həyatımızı xeyli rahatlaşdırıb. Bəzən düşünürsən ki, bəlkə də, bu qədər rahatlıq insani təbiətimizə yaddır. Səhər oyanır, gözümüzü açan kimi telefonu əlimizə alır və günün ilk anlarını “sürükləyirik”. Sonra hazırlaşır, dərs və ya iş dalınca yollanırıq, yolda “sürükləyirik” və ya heç yerə çıxmasaq belə, evdəki cihazlara öz işlərimizi tapşırıb boş vaxt tapan kimi yenə “sürükləyirik”. Gedəcəyimiz yerdə mənzil başına çatıb işimizə başlamazdan öncə, hər kiçik fasilədə, işin sonunda yenə “sürükləyirik”. Evə yollanırıq, yolda “sürükləyirik”. Çatırıq, işlərimizi qaydasına qoyub ən kiçik bir zaman dilimində yenə “sürükləyirik”. Beləcə, günlər keçir. Biz də sürüklənirik: tənbəlliyə, passivliyə. Beynimizi boş yerə yorur, potensialını da zəiflədirik. Amma beynimiz həll olunması gərəkən problemlər qarşısında daha da aktivləşir və potensialını ortaya qoyur. Minillər, yüzillər öncə ömür sürmüş insanın həyata baxışı sadə idi, bəlkə də: dünyaya göz açır, necəsə həyata sarılır, böyüyür, həyatda qalmağı öyrənir, yaxşı halda xoşbəxt ömür sürür, ailə qurub valideyn olur, pis halda hansısa xəstəliyin caynağına yaxalanır… Nəhayətdə bizə verilən zamanın necə uçub getdiyinin fərqinə belə varmırdıq. Nəsə tanış gəldi. Bu sıradan həyat XXI əsrdə yaşayan bizlərin yaşamından nə ilə fərqlənir? Minillər keçsə də, insan eyni prinsiplə yaşamırmı? Həyata daha dərindən baxsaq, minillərin ötəsindəki insanların da özlərinə uyğun dərd-səri, sıxıntısı olub və bu gün də müasir insanın da uğrunda mübarizə aparacaq bir qayəsi var. Bu baxımdan deyə bilərik ki, tarixin ağuşunda və ya bu gün yaşamasından asılı olmayaraq, insanı düşündürən suallar da təxminən eynidir: Mən kiməm? Nə üçün varam? Missiyam nədir? Nədən qorxuram? Potensialım nədir? Nəyə inanıram? Nə üçün yaşayıram? və s. bu qəbildən
KvanCoşqun Kərimov · Dastan Yayınları · 2022189 okunma
10/10
·242 syf.··
Beğendi
·
2026 1. kitabı
Biraz əvvəl "Kvan"ı bitirdim. Kitab çox xoşuma gəldi. Pafoslu şəxsi inkişaf kitabları kimi deyildi, sanki mənlə danışırdı. Ən sevindirici hissə isə bu kitabın yazarının bir azərbaycanlı olmağı idi. Kitabdan xeyli qeydlər götürdüm. Bir sözlə çox faydalı kitabdır. Hələ də oxumamısınızsa şiddətlə tövsiyə edirəm.
KvanCoşqun Kərimov · Dastan Yayınları · 2022189 okunma
Reklam
Mənimlə danışan kitab - KVAN
10/10
·241 syf.··
Beğendi
·
2026 1. kitabı
·
75 günde okudu
·
Okunma: 30 Ocak 2026 19:02
Çox qürurluyam, bir azərbaycanlı olaraq.. KVAN – mənim kənardan gələn səsləri, səssizə almağıma kömək edən kitab.. Bu gün, öz daxili səsimi eşitməyim üçün, məni qaranlıq quyulardan çıxardan kitabdan bəhs etmək istəyirəm. Əllərim əsərək bu sətirləri yazıram, qorxuram birdən kitabın məndə buraxdığı bu möhtəşəm hissi sizə ötürə bilmərəm deyə. Amma nə edirdik? Qorxularımıza yaxınlaşırdıq.. Əsər - mənə əslimi xatırlatdı, kim olduğumu, missiyamın nə olduğunu göstərdi. O qədər bilmədən başqalarının səsi ilə öz daxili səsim qarışıb ki, yolumu itirmişəm.. bilmədən, eşitmədən və görmədən. Bilməmişəm, məsələn öz səsimin yadların səsi olduğunu. Bilməmişəm, xəyallarımın tamam başqa olduğunu, mən doğurdan nə istədiyimi bilməmişəm.. Bilirsiniz, dostlar, KVAN-ı oxuyanda mən ilk dəfə xəyallarımı yazdım. Xəyallarımı yazana qədər kimsə soruşsa idi, xəyallarını bilirsən? Özümdən əmin şəkildə, bəli!! deyərdim. Kitabda Coşqun müəllim, “Hansı xəyalların var?” sualını verəndə, birinci yazmaqdan imtina etdim, axı bilirəm xəyallarımı onsuz dedim. Sonra qələmi aldım əlimə, başlığı yazdım. Və dayandım.. dəqiqələrcə dayandım, susdum. Bəlkə 1 saat keçdi, bilmirəm.. Mən xəyallarımı yaza bilmirdim, çünki doğurdan nə istədiyimi bilmirdim, içimdəki səsləri ayırd etməyə çalışdığım anlardan sonra əlimdə uzun bir list vardı və listə baxanda təəccüb içərisində idim, bunlar imiş, Fatimə? sualını verdim özümə, heç özümün xəbəri olmadan içimdəki arzuları ilk dəfə idi ki, görürdüm.. Hə, mən arzularımla tanış olmuşdum. Mənə xəyallarımı hədiyyə etdiyiniz üçün təşəkkür edirəm, Coşqun müəllim.. Coşqun Kərimov Kitabın dili çox anlaşıqlı, sadə və axıcıdır, hətta çoxu tanışım bir neçə günə bitirib. İnsanı maraqda buraxır, yazıçı öz həyatından nümunələr gətirdikcə, sizi maraqda qalırsınız ki, sonu hara gedir?) ““Kaş
KvanCoşqun Kərimov · Mayak Yayınları · 2016189 okunma
Puan vermedi·241 syf.··
2025 5. kitabı
·
33 günde okudu
·
Okunma: 02 Ekim 2025 14:17
Bəzən düşünməmək daha çox kömək edirmiş. Bəzən düşünməmək daha çox cəsarət və inam verirmiş. Bəzən düşünməmək həyatımızın ən gözəl anlarını bəxş edirmiş. - yazır Coşqun Kərimov Ən gözəl anlarımızı düşünərək məhv edirik, bəlkə də ən gözəl addımlarımızı çox düşünməkdən ata bilmirik. Müəllif bu əsərində dünyanı yalnız gördüyümüz forma ilə qəbul etmir, daha dərinə enmək istəyir. Bu obrazda əslində hər birimizi təmsil edir. Daxili qorxularımız və kölgə tərəflərimizlə mübarizəni əks etdirir. Müəllif demək istəyir ki, insanın içində çox böyük dünyalar var, onları kəşf edərək biz öz “Kvan” anlarımızı yarada bilərik.
KvanCoşqun Kərimov · Mayak Yayınları · 2016189 okunma
9/10
·160 syf.··
Beğendi
·
2025 4. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Eylül 2025 01:35
Öncelikle kitap klasik bir kişisel gelişim kitabı değil bence. Hayatta sizi mutlu edecek olan hedeflerinize ulaştırmanın motivasyonunu vermeyi amaçlayan bir nevi mentor diyebilirim. Herkesin bir hayali ve bu hayali gerçekleştiği zaman aldığı bir mutluluk duygusu vardır. İşte bu duyguya 𝗞𝘃𝗮𝗻 deniyor. 𝗞𝘃𝗮𝗻'a ulaşmak için (motivasyon için) yedi önemli soru sorup cevaplıyor sonra aynı soruları bize (okuyucuya) sorup bizim cevaplamamızı istiyor. Böylece bizler de kendi yolculuğumuzu başlatmış oluyoruz aslında. Ben bu kitabın anlatım tarzını çok beğendim ve Paganini eşliğinde de çabucak bitiriverdim :) Herkesin kendi 𝗞𝘃𝗮𝗻ı'nı bulabilmesi ve yaşayabilmesi dileğiyle..
Kişisel Gelişim
Düşlenen Başarı - "Kvan"Coşqun Kərimov · Oscar Yayınları · 2021189 okunma
Puan vermedi·160 syf.··
2025 1. kitabı
·
88 günde okudu
·
Okunma: 10 Mart 2025 01:45
KVAN: Hayatının işiyle meşgul olan ve bundan zevk alan kişinin yaşadığı sevinç duygusu. Kişisel gelişim kitapları okumayı sevmem. Kişisel gelişimden ziyade insana doping verircesine yazılarla fırtınalar koparmaya çalışan kitaplar oldum olası beni sıkmıştır. Coşkun Kerimov'un şunu yapmalısınız bunu yapmalısın gibi sözlerden ziyade kendi otobiyografisi niteliğinde birlikte yol yürüttüğü bu eserini begenerek okudum. Tavsiye ederim...
Düşlenen Başarı - "Kvan"Coşqun Kərimov · Oscar Yayınları · 2021189 okunma
Reklam
Reklam