Kitabı oxumağa başlayanda sevəcəyimi düşünməmişdim. Hətta ilk səhifələrində sıxılmışdım. Amma səbrlə sonadək oxuduqda, çox gözəl kitab olduğunun fərqinə vardım. İndi mənə sual versələr ki, "sevdiyin kitablar hansılardır?" mütləq "Kürk mantolu madonna"nın adını çəkərdim.
Bir çox cümləsini əzbərə bildiyim, Maria Puder'in düşüncələrində özümü tapdığım və ən çox təsirləndiyim kitab oldu...