İnanıram ki, bu dünyanı yaradan ilahi bir qüvvə var. Amma o ilahi qüvvə, hansı ki, sonsuz qalaktikalardan ən kiçik atomlara qədər diqqətlə işlənilmiş bir sistem yaradıb, o qüvvə heç bir zaman insanların çəkdiyi izdirablardan zövq almır və ya dayanıb heçnə etmədən onların ağrılarını, tökdükləri göz yaşlarını izləmir....
Əlbəttə, bu danılmaz bir həqiqətdir ki, ölüm xəbərləri illər əvvəlinə nəzərən günümüzdə öz sarsıdıcılığını nisbətən itirib. Artıq insanlar bu kimi xəbərlər eşidərkən iç çəkmir, bəzən üz ifadələri belə dəyişmir çox vaxt... Ölüm artıq yalnızca ailələr üçün var sanki... İki tərəf yaşayır bu ürküdücü qorxu və ağrını. Ölən insan və onun ailəsi.