Bu zaman, nəhayət, bütün gecə boyu səbirlə gözlədiyim duyğularla üzləşdim: kimsə mənim barəmdə düşünür, kimsə məndən cavab gözləyir, həyatımda ilk dəfə olaraq kimsə məndə canlı bir insan surəti görür.
Çünki nəhayət, arada canlı insan varlıqlarının, canlı insanların olduğunu hiss edirdim, hərəkət edərək nəsə deyir, özlərinə bənzər canlıdan, bəlkə də, elə ruhən təslim olmağa can atan, dərin vicdan əzabı çəkən, insanlardan ötrü darıxan mənim özümdən də nəsə gözləyirdilər.