Lakin zamanın gücü hər şeyə qadirdir. Qocalıq isə qəribədir, bütün hissləri, coşqunluğu azaldır, ölümün yaxınlaşdığını hiss edirsən, onun qara kölgəsini duyursan ki, artıq yolunun üstünə düşməkdədir, hər şey sənə bir qədər solğun, tutqun görünür və hisslərini heç nə dərindən oxşamır, olmuş hadisələr daha səni qorxudub vahimələndirmir.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ancaq mən artıq söyləmişəm. Hər hansı bir ağrı qorxaqdır, o həyatın çağırışı qarşısında acizdir, həyatın hökmü bizim bədənimizdə, ölümün bütün müdhiş ruhundan güclüdür.
Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, aciz, gərəksiz bir şeyə axı niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub yerə gömülmək əvəzinə, hələ nəfəs alıb yaşayacaqsa, bunu necə hiss etmək olar.