Bəlkə də insanlar ömürlərində heç olmasa bircə dəfə belə gözlənilməz hadisə ilə, sürətli dağ ağnamasına oxşayan hisslərin tufan kimi beləcə coşub tüğyana gəlməsi ilə qarşılaşmışlar. Bu zaman insanın bütün ömrü o keçmiş illərin sərf edilməmiş qüvvəsi ilə birlikdə aşıb öz başına tökülür.
Əgər o mənə bir söz desəydi, mənə sarı kiçik bir addım atsa idi, məni özü ilə saxlamağa cəhd etsə idi, mən ləyaqət, şərəf, namus adlandırdığımız hər şeyi bir yana tullayardım, özümü bütünlüklə onun ixtiyarına verərdim.
Bu artıq mənim üçün bir məğlubiyyət idi, elə bir məğlubiyyət ki, onu nə o zaman, nə də ondan sonra etiraf edə bildim, qadın hissiyyatı isə hər şeyi sözsüz və şüursuz anlayır.
hər şey anbaan dəyişilir, hər dəfə, hər şeyin qarşısından, yaşıl sarmaşıqlar içində itmiş hər villanın önündən keçəndə qəlbimdə gizli bir arzu baş qaldırdı: burada dünyadan uzaq, sakit, rahat bir həyat sürmək olar!