Minnətdarlıq, insanlarda bu hissə az-az rast gəlmək olur, həqiqətən minnətdar olmaq istəyənlər isə çox vaxt bu hissi ifadə etməyə söz tapmırlar; onlar pərt halda susur, öz hisslərini ifadə etməkdən utanır və çox vaxt yersiz və mənasız sözlər söyləyirlər ki, istəklərini ört-basdır etsinlər.
yer üzündə heç bir varlıq, heç nə bütün bu ümidsizliyi, bu diri ikən ölülüyü belə dəhşətli şəkildə ifadə edə bilməzdi; bu hərəkətsiz sükunət, bu hissiz, tərpənişsiz oturuş, çılğın yağışdan daldalanmaq üçün ayağa qalxıb iki-üç addım atmağa belə iqtidarsızlıq, öz varlığına belə dönük, laqeyd münasibət, özünə belə sonsuz etinasızlıq!
Mənim ruhi süstlüyüm nə qədər güclənirdisə, bir o qədər də həyat çarxının sürətlə hərləndiyi yerlərə can atırdım: o yerlərə ki, orada adamların heç bir dərd-qəmi yoxdur, özgəsinin ehtirası, gümrahlığı, teatr yaxud musiqi kimi, istər-istəməz adamda müəyyən dərəcədə ruh yüksəkliyi doğurur.