Məsələn, sən vaxtında mənim gözümün içinə baxa-baxa "Ata, sən alçaq və axmaqsan, heç vaxt mənim həyatımla maraqlanmamısan, sən mənim həyatımı öz yazıq mövcudiyyətinə bənzətməyə çalışan özündən müştəbeh eqoistsən, sən özünü hər şeyi mənim yaxşılığım üçün etdiyinə inandıran, lakin yalnız öz mənfəətini güdən başqa atalardan fərqlənməyən birisən" sözlərini desəydin, bəlkə mən sənin sözlərini eşidərdim. Biz də, beləcə, əbəs yerə bu qədər zaman itirmiş olmazdıq, səninlə dost olardıq. Etiraf elə, biz səninlə dost olsaydıq, əla olardı, deyilmi?
Sonra mən önlüyümü çıxarıb küçəyə çıxdım. Uzun müddət hara getdiyimi bilmədən yeridim. Məni əhatə edən şəhər isə özünün adi həyatını yaşayırdı, sanki heç nə baş verməmişdi.