Kaş xəyanətdə qızdırmalı, yaxud yoluxucu bir xəstəlik kimi insanın üzündən asanlıqla sezilə bilərdi. O zaman gözəllik saxta olmaz, minlərlə insan xəyanət bəlasına düçar olmazdı!
Səid , bilirsən bu ölkədə insana nə lazımdır?silah və kitab. Keçmişlə hesabını çürütmək üçün silah , gələcəyini təmin etmək üçün isə kitab. Odur ki, atəş açmağı öyrən və oxu!
#bitti
Halide Edip Adıvar- sinekli bakkal
Sinekli Bakkal Osmanlı dönəmindəki İstanbulda bir məhəlləyə verilən addır. Bu məhəllədəki imamın qızı Əminə Tevfik’le sevgilidir və ona qaçır . Atası nə qədər etiraz etsədə onların evlənmələrinə mane ola bilmir . Atasının etirazının səbəbi isə budurki, Tevfik teatr adamıdır ( Karagöz və Hacıvat xüsusilə) . O dövrdə də bilindiyi kimi qadınların səhnəyə çıxması dövlət səviyyəsində qadağan idi, həmçinin din baxımından da yaxşı baxılmırdı. Buna görədə Tevfik həmdə qadın paltarları geyinərək səhnəyə çıxırdı. Elə bir paradoksal dövr fikirləşinki qadınlar teatr və səhnə üçün kənar sayılırdı , kişilər isə qadın rolu ifa etdikdə aşağılanırdılar. Tevfikə də buna görə “ kız Tevfik” deyə ləqəb vermişdilər. İmamda qızını beləsinə verməyə razı deyildi...
•
bəzi hadisələrdən sonra Tevfik və Əminə’nin yolları ayrılır və Tevfik imamın şikayətləri əsasında sürgün edilir. Bu zaman Əminə artıq Rabiaya hamilə idi.
Rabia imam babasının himayəsində böyüyür və elə gözəl din təhsili alırki , uşağ yaşlarından məclislərə çağırılaraq Quran oxuyur. Səsi ilə hamını özünə cəlb edir .
Atası sürgündən qayıtdıqdan sonra ata- qız əvvəlki illərində acığını çıxırlar .
•
kitabda birdə əvvəl xristian olmuş bir nəfər var . Sonradan ateist olub. Rabia vasitəsilə İslamla tanış olur . Bele cümlə işlədirki, “ mənim heç birə bağlılığım yoxdur , hürrəm. Amma bir gün bir dini seçsəydim, o din islam olardı...”
.Sonradan təkbir verərək , Osman adı ilə islamı qəbul edir .
•
Yazar o dövr Osmanlısında din adı altındakı özbaşınalıqları böyük ustalıqla tənqid edir. Məncə elə bu tənqidə görə kitabı əvvəlcə Londonda ingiliscə çap etdirir.
•
Kitabdan sonra filminə də baxdım . Ən sevdiyim obraz həmən o Osman oldu . Onun ateist olarkən islama doğru necə yol alması çox gözəl işlənmişdi