Baho

Baho
@librking
null
9/10
·360 syf.··
Beğendi
·
2018 93. kitabı
Halide Alptekin- Ağlama Tuna, 359 səh. Ağlama Tuna , Balkan müharibəsinin 100 illiyinə həsr olunmuş kitabdır. 1908’dən etibarən Osmanlının Balkanlardakı ipləri tamamilə qopmağa başlayır. Ruslar bolqarlar və serblər arasında ittifaqa nail olur , həmçinin Yunanıstan və Monteneqro da qoşulur və Balkan müharibəsi başlayır. Müharibə Zəif Osmanlınını çöküşə aparır. Dövlət balkanlardakı müsəlmanların sıxışdırılmasının qarşısını ala bilmir , məmurlarının maaşlarını ödəyə bilmədiyindən rüşvətxorluq , ayrıseçkilik baş alıb gedir . Müsəlman əhali qorxudularaq qaçırılır , çünki qətllərin ardı arası kəsilmir. Kocadede ləqəbi ilə tanınan Abdullah kişi ,oğlu Yunus , gəlini və nəvəsi ilə birgə Silistre’də yaşamaqdadır . Yunusun oğlu Həsən isə ailəsi ilə Üsküpdə (indiki Skopye- Makedoniya ) yaşamaqdadır. Yəni Məşhur Rumeli də :) . Rumelidə ortalıq qarışmağa başladıqda xristiyan din nümayəndəsinin övladı Həsənin oğlu Mustafa və onun ailəsinə sataşmağa başlayır. Adı Tantalus idi səhv etmirəmsə adı. Tantalus üçün insan öldürmək havaya atəş açmaq kimi bir şeydir . Başlayan qətllər öz ardınca köçü gətirir, ancaq hər şey gecdir . Çünki bütün Balkanlar müharibədədir . Sərhəd bölgəsi məhşəri çağırışdırır, bombalar , güllələr , qan gölü , parçalanmış cəsədlər ...Osmanlının çöküşü təsvir olunub kitabda. kitab çox axıcı və maraqlı tarixi romandır . Əbdülhəmidin məşrutiyyəti elan etməsi bütün idari səlahiyyətləri başqa millətlərdən də (hətta ermənilər , yəhudilər ) nümayəndələr olan məclisə verir . Əlləri güclənən Jön Türklər az sonra sultanı devirirlər . Osmanlının çöküşü elə bu devirmədən başladı . Sonralar Jön türklər Osmanlı I Dünya Müharibəsini uduzanda hərəsi ölkələrini pis gündə qoyub bir Avropa ölkəsinə qaçdı və Ənvər paşa belə Sultanın devrilməsindəki səhvliyi dəfələrlə dilə gətirdi.
Ağlama TunaHalide Alptekin · Yitik Hazine Yayınları · 201254 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
9/10
·240 syf.··
Beğendi
·
2018 88. kitabı
Hər kəsə salam! sevdiyim yazarlardan biri olan D.Macomber’dən daha bir sevdiyim kitab . sonda “ yıldızlı gece “ adlı kitabından bir başlıq verib yazıçı. Yəni bölümü bəyənsəniz bu kitabı da oxuyun deyər kimi. Harry adlı mələk Addie’ə kömək olmaq üçün yer üzünə göndərilir və Addie’nin oxuduğu sinifdə müəllim olur. Addie həyatından uğursuzluqlar və xüsusilə atasının ölümündən sonra mənəvi böhran içindədir . Harry’ə Celeste adlı yardım etməsi üçün göndərilən insan cildində mələk , həmçinin insan cildində olmayan mələklər var. Onun əsas işi ilk öncə Addie ilə uşaqlıq sevgisi Erich’in yollarını birləşdirməkdir. Addie və Erich heç cürə yola getmirlər , bu da təcrübəsiz mələk Harry’nin işini həm çətinləşdirir , həm də kitaba ayrı bir maraq qatır. Harry mələk olsa da , insan bədəni ona insani duyğular ( sevgi , qəzəb və xüsusilə maraq ) qazandırıb . Düzdü indiki dövr də insani duyğuların olmadığı insan görünümlü varlıqlar da var , nəysə. çox axıcı kitabdır və sevərək , maraqla oxudum. Debbie bu nəticə də , sevməmək olmur ‍️
Bay MucizeDebbie Macomber · Epsilon Yayınları · 2017596 okunma
9/10
·412 syf.··
Beğendi
·
2018 87. kitabı
#bitti Y.N.Harari-sapiens : hayvanlardan tanrılara Hərkəsə salam! Kitabı bəlkə də 1 həftədən çoxdur oxuyuram , çünki əlavə araşdırma tələb edən kitabdır. Kitab insanlığı lap əvvəldən : homo sapiensin afrikadan dünyaya yayılmağa başlayıb digər “ neandertal “ , “ homo erectus “ kimi növlərlə münasibətindən tutmuş, müasir mərhələyə qədər olan dövrü əhatə edir. İnsan ilk yarandığı mərhələ də təbiət üçün yararsız bir “ heyvan” fiquru idi. İnkişaf , təkmilləşmə , bütövlükdə evrim insanı bu lüzumsuz heyvandan bütün planeti öz xeyrinə istifadə edəcək , hətta başqa planetlərdəki yaşamla dolğun məlumat ala biləcək bir varlığa çevirdi. İnsan necə yarandı? Sapiensin yayıldığı ərazilərdə niyə digər homo növləri və minlərlə heyvan növünün nəsli tükəndi? Müasir insan saf sapiens , yoxsa neandertal - sapiens qarışığıdır? İnsan beyni necə formalaşdı? Dini, iqtisadiyyatı , ticarəti , kommunikasiyanı necə yaratdı? İlk qloballaşma necə oldu? Planetin keçmiş və hazırki vəziyyəti , dünyanın sapiens tərəfindən tam istilası və s. kimi mövzular tam təhlil olunur. kitab mənə nəsə qatdı ? - bəli , kitabın verdiyi başlanğıca uyğun apardığım “ araşdırmalar” sapiensin ( yəni bizin) bu zamana kimi heç eşitmədiyim sirli tərəflərini göstərdi mənə. kitabı hər kəsə tövsiyyə etmərəm. Çünki bizi ən başdan -indiyə tədqiq edən bir material “ bildiyimiz yanlışlıqları”n əslini bizə göstərib , cahilliyimizə zərbə vurur))) Oxumamısınızsa gecikməyin mənim kimi ‍️‍️. 5/5
Tarih
Hayvanlardan Tanrılara: SapiensYuval Noah Harari · Kolektif Kitap · 202342,6bin okunma
10/10
·399 syf.··
Beğendi
·
2018 86. kitabı
#bitti R.Abdullaoğlu- relslər üzərində uzanmış adam Müəllif yenə psixologiyamı alt- üst etdi. Hər kitabında bir başqa cür heyran oluram üslubuna . Kitab haqqında nə deyim heç özüm də bilmirəm , nə desəm az olacaq. •Əsərin personajı Ted psixologiya elminə məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. 31 psixoterapist yanına getsə belə heç kim onun bu psixoloji sarsıntısına çarə tapa bilmir. Səbəbi isə hələ uşaq vaxtı qardaşı ilə keçirdikləri travmalar və bundan sonra bir birini izləyən hadisələr zənciridir . •Ted son çarəni intiharda görür . Bir neçə dəfə cəhd etsə də nəticəsiz qalır və son olaraq rels üzərində uzanaraq intihar etməyi qərara alır. •Rels üzərində uzanarkən başqa biri də intihar üçün bu metodu seçir və Tedlə Faruqun , iki intihar meyllisinin tanışlığı başlayır. Faruqun intihar səbəbi isə neçə illər öncəki Srebrenitsa hadisələrinə , serblərin bosniyalı müsəlmanlarına başlarına açdıqları oyunlara dayanır( kitab boyu bu müharibə və insanoğlunun qəddarlığına da qiyabi səyahət edirik ) . •itirəcək bir şeyləri olmadığını düşünən bu 2 şəxs qatarın gəlişini gözləyərkən öz daxili qaranlıq dünyalarını bir birlərinə açırlar . Danışdıqca əslində yaşamağa dəyər şeylərin qaldığını dərk edəcəklər . Amma bəzən insan itirdikdən sonra nəyinsə dəyərini dərk edir və artıq gec olur . •Kitabdakı “ əsl Ted” obrazı məni məndən aldı. Bir əsər personajı insana bu qədərmi təsir edər. Kitabı oxumamısızsa mütləq və mütləq oxuyun . Nəşr və keyfiyyət baxımından da çox yaxşı idi. 5/5 , #relsleruzerindeuzanmısadam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,803 okunma
9/10
·110 syf.··
Beğendi
·
2018 85. kitabı
“Birazcık değeri olan bir insan yaşamak ya da ölmek olasılığını hesaplamamalı, sadece yaptığı hareketin doğru ya da yanlış olup olmadığını düşünmelidir.” John Steinbeck- ay battı Steynbekin bu kitabını uzun müddət əvvəl “ ay batarken “ adlı nəşrdən oxumuşdum və sevdiyim , soruşanlara da tövsiyə etdiyim bir kitabdır . Çox axıcı və yormayan kitab olduğundan ikinci dəfə oxudum . •neçə əsrlərdir müharibə , döyüş məhfumlarından uzaq olan , döyüşməyi unudan bir qəsəbə , daxildəki xainlər nəticəsində düşmən qüvvələri tərəfindən işğal olunur . Qəsəbənin işğalının əsas səbəbi zəngin kömür mədənləri və balıqçılıq ehtiyatlarıdır. Bələdiyə rəisi Orden , qəsəbə həkimi Winter əhalinin dincliyi üçün işğal şərtlərinə razı olsalar da , gizlidən əks fəaliyyətlə məşğuldurlar. Azadlığa alışqın xalq da işğala boyun əymək niyyətində deyil, “...ben sıradan bir adamım, burası da sıradan bir kasaba ama sıradan insanlarda da ateşe dönüşebilecek bir kıvılcım olmalı.” •kitabın əsas mövzusu müstəqilliyin hər şeydən üstün olması və bir millətin nə qədər sülhsevər olsa belə müstəqillik üçün hər zaman və hər şəraitdə hazır olmasıdır . •kitab nazi Almanyasının Norveçi işğalına belə deyim , həsr olunub. Amma işğalçı ordu nümayəndələri amerikan vətəndaşları idi , qaranlıq tərəf bu oldu mənim üçün sadəcə . 5/5 #aybatarken #aybattı #johnsteinbeck
Edebiyat
Ay BatarkenJohn Steinbeck · Sel Yayıncılık · 20162,345 okunma