Mənim daha bir şeyləri idarə edəcək halım yoxdur. Çox mövzu da "haqlı" olmaqda istəmirəm. Necə olacaqsa elə olsun, kim nəyə layiqdirsə elə olsun. Bəzi şeylər yordu məni. Vaxtında əlimdən gələni etməyimə rəğmən dəyməyibsə, dəyişməyibsə, qədir qiymət bilməyibsə bəzi insanlar, bundan sonra üçün də ehtiyac duymuram davam etməyə. Bir şeylər artıq əlimdən yox, içimdən gəlmir..
Vaxtıkən, biri mənə sual işarətləriylə dolu bir gecə buraxıb yatmağa getmişdi, mən o gecəni səhər edə bildim də amma ona birdə heç vaxt əvvəlki kimi baxmadım.
Bir gecə anidən..
Hər yerdən və hərkəstən, bəlkə də ən çox səndən çıxıb getməliyəm. Sənin üçün darıxacağım bir yerlərə getməliyəm bəlkə də. Başqa bir yer varsa orada görüşərik bəlkə. Yoxsa da səni tanımaq mənim cənnətim idi onsuz. Məni tapa bilməsən, pis olma, əşyalarımı tapacan. Ətrimi, ən sevdiyim köynəyimi tapacan. Və görəcən ki, illər keçsədə barmaq izlərimiz dəyəcək bir-birinə..