Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ancaq zaman... O, əvvəlcə bizə yaxşı-yaxşı dərs keçir, sonra da yüz cür oyuna salır. Məntiqlə hərəkət etdiyimizi düşünürük, amma sən demə, sadəcə, ehtiyatlanırmışıq. Məsuliyyətli davrandığımızı zənn etdiyimiz halda, məlum olur ki, eləcə, qorxurmuşuq. Bizim gerçəklik dediyimiz, problemlərin həll üsulu yox, uzaqbaşı, onlardan yayınmaq imiş. Zaman bizə kifayət qədər möhlət verir və bütün qəti qərarlarımız axırda etibarsız, əqidəmiz isə çürük çıxır.
Ancaq əgər biz zamanın mahiyyətini anlamırıqsa, onun gərdişinin, sürətinin sirrinə varsa bilmiriksə, tarix haqqında, lap onun sırf özümüzə aid, dəftərə-kitaba düşməyən, kiçicik parçası barədə nə deyə bilərik ki?
- Tarix qaliblərin uydurmasıdır, - tez-tələsik cavab verdim.
- Hə, elə mən də belə deyəcəyinizdən qorxurdum. Yaxşı, onda bunu da yadınızda saxlayın ki, tarix həm də məğlubların təsəllisidir.