KG

KG
@madmonograph
Lise
Bakü
Sumgayıt
49 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Qarışıqlıq var...
9/10
·168 syf.··
Beğendi
·
2022 11. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Temmuz 2022 15:48
Zaman anlayışı çox qəribədir. Keçmiş, indi və gələcək sözlərinin bu qədər primitiv mənalara yükləmək elə bizim ən böyük səhvlərimizdən biridir. Bəs, keçmiş adlandırdığımız şey əslində özlüyündə bir tarixdirmi, ya qurmaca bir hekayəmi? Müasir dövrümüzün ədəbi dahilərindən biri olan Julian Barnes bir çoxumuza tanış olmasa da, Aqibət Duyğusu onun beyin və düşüncə dünyasını yetərincə izah edən əsərdir. Kitab Toni Uebsterin yeniyetməlik yaşlarından qocalığına kimi keçirdiyi fikir böhranlarını maraqlı bir hadisə ilə harmanlayıb bizə gözəl ədəbi xətt ilə təqdim edir. Əsas hekayə olaraq, Toni Uebsterin çalxantılı keçmişindən sonra, qocalıq illərində aldığı məktubla başlayır. Bu məktub onun əyləncəli məktəb illərini, peşmanlıqla dolu gəncliyini və nisbətən sakit keçmiş yetkinlik çağlarını əhatə edərək Toninin hər şeyə yenidən nəzər salmasına səbəb olur. Barnsın qurduğu hekayə sizi dərindən sarsacaq. Bir məqsəd uğruna davam edən xəttin sonlara yaxın birdən-birə dəyişməsi və final səhnəsi oxuduğum ən yaxşı sonluqlardan biridir. Barnsın xəyal gücünün əksi olan bu həyat hekayəsi sizə nə qədər səmimi və doğma gələ biləcəyini bilmirəm, amma bu kitab həm də həyatla bağlı möhtəşəm fikirlərlə dolu bir fəlsəfə kitabıdır. Fikirlərinizdə inqilab yaşayacağınız bir kitab. Spoiler Saniyələrin bizdən dayanmadan ayırdığı keçmiş. Və onu beyinə həkk etməyə çalışan yaddaş. Həmçinin heç kimin gözü ilə görmədiyi, qaliblərin lovğalıqla, məğlubların hüzn hissi ilə yazmış olduğu tarix. Bu üçü arasında həmişə qəribə və qeyri-sabit əlaqə var. Bu əlaqə Toni Uebsterin dilindən çox gözəl təsvir olunur. Hər birimiz, yəqin ki, kimlərəsə həyat hekayəmizi danışmışıq. Kim bu zaman özünün səmimi olmadığını deyə bilər? Əslində bir çoxumuz necə biliriksə, elə də hekayələşdiririk. Amma beyinin qələmə aldığı
Edebiyat
Aqibət duyğusuJulian Barnes · Yay · 03,556 okunma

KG

, bir kitap okudu
9/10
·168 syf.··
Beğendi
·
5 günde okudu
·
2022 11. kitabı
Julian Barnes
7.6/10 · 3.556 okunma
Şərhsiz, və yaxud anlamaq üçün vaxt tələb edən
Tarix natamam yaddaşla sənəd-sübut qıtlığının üst-üstə düşdüyü məqamdakı əminlik duyğusu ilə yazılır.
Sayfa 23 - "TEAS Press" Nəşriyyatı·Kitabı okudu
Düşünce
Bir az zaman haqqında
Ancaq zaman... O, əvvəlcə bizə yaxşı-yaxşı dərs keçir, sonra da yüz cür oyuna salır. Məntiqlə hərəkət etdiyimizi düşünürük, amma sən demə, sadəcə, ehtiyatlanırmışıq. Məsuliyyətli davrandığımızı zənn etdiyimiz halda, məlum olur ki, eləcə, qorxurmuşuq. Bizim gerçəklik dediyimiz, problemlərin həll üsulu yox, uzaqbaşı, onlardan yayınmaq imiş. Zaman bizə kifayət qədər möhlət verir və bütün qəti qərarlarımız axırda etibarsız, əqidəmiz isə çürük çıxır.
Sayfa 104 - "TEAS Press" Nəşriyyatı·Kitabı okudu
Hayat