Mən artıq sizinlə deyiləm, sizin deyiləm, sizdən xeyli kənardayam, ya zirvədəyəm, ya da uçurumun dibində, bircə sizin dayaz meşşan dəryanızın sahilində yoxam.
Zaman anlayışı çox qəribədir. Keçmiş, indi və gələcək sözlərinin bu qədər primitiv mənalara yükləmək elə bizim ən böyük səhvlərimizdən biridir. Bəs, keçmiş adlandırdığımız şey əslində özlüyündə bir tarixdirmi, ya qurmaca bir hekayəmi?
Müasir dövrümüzün ədəbi dahilərindən biri olan Julian Barnes bir çoxumuza tanış olmasa da, Aqibət Duyğusu onun beyin və düşüncə dünyasını yetərincə izah edən əsərdir. Kitab Toni Uebsterin yeniyetməlik yaşlarından qocalığına kimi keçirdiyi fikir böhranlarını maraqlı bir hadisə ilə harmanlayıb bizə gözəl ədəbi xətt ilə təqdim edir. Əsas hekayə olaraq, Toni Uebsterin çalxantılı keçmişindən sonra, qocalıq illərində aldığı məktubla başlayır. Bu məktub onun əyləncəli məktəb illərini, peşmanlıqla dolu gəncliyini və nisbətən sakit keçmiş yetkinlik çağlarını əhatə edərək Toninin hər şeyə yenidən nəzər salmasına səbəb olur. Barnsın qurduğu hekayə sizi dərindən sarsacaq. Bir məqsəd uğruna davam edən xəttin sonlara yaxın birdən-birə dəyişməsi və final səhnəsi oxuduğum ən yaxşı sonluqlardan biridir. Barnsın xəyal gücünün əksi olan bu həyat hekayəsi sizə nə qədər səmimi və doğma gələ biləcəyini bilmirəm, amma bu kitab həm də həyatla bağlı möhtəşəm fikirlərlə dolu bir fəlsəfə kitabıdır. Fikirlərinizdə inqilab yaşayacağınız bir kitab.
Spoiler
Saniyələrin bizdən dayanmadan ayırdığı keçmiş. Və onu beyinə həkk etməyə çalışan yaddaş. Həmçinin heç kimin gözü ilə görmədiyi, qaliblərin lovğalıqla, məğlubların hüzn hissi ilə yazmış olduğu tarix. Bu üçü arasında həmişə qəribə və qeyri-sabit əlaqə var. Bu əlaqə Toni Uebsterin dilindən çox gözəl təsvir olunur. Hər birimiz, yəqin ki, kimlərəsə həyat hekayəmizi danışmışıq. Kim bu zaman özünün səmimi olmadığını deyə bilər? Əslində bir çoxumuz necə biliriksə, elə də hekayələşdiririk. Amma beyinin qələmə aldığı