Xoşbəxtlik nədir? Çətin sualdır.
Ştefan Svayqın zirvə kitablarından biri də Fantastik Gecədir. Bir az melanxoliya, bir az da nihilizm duzu qatılmış əsər Svayqın öz dəsti-xətti ilə yenidən insan ruhuna və məna axtarışına nəzər salır. "Həyat nədir?" sualına cavab tapmaq istəyi, görünür, Svayqda da oyanıb və fantastik bir əsər ərsəyə gətirməyi bacarıb. Əsər şəhər zadəganlarından birinin bir günlük macərasından bəhs edir. Gənc və qayğısız bu adamın həyatdan başqa nə istəyi ola bilərdi? Pul, şöhrət, nüfuz xoşbəxtlik üçün bəs idi. Bədbəxtlik üçün nə lazımdır bəs? Böyük bir qətl , ya kiçik bir oğurluq? "Fantastik Gecə" ədəbi cəhətdən böyük bir əsər olmasa da, ruhunuzu silkələyəcək, kim olduğunuzu düşünməyə vadar edəcək. İnsan kim olduğunu bilməlidir ki, xoşbəxt ola bilsin.
Xoşbəxtlik nədir? Qəliz sualdır. Bəzilərimiz xoşbəxtliyi var-dövlətdə görür. Klassik, illərin köhnəltmədiyi cavabdır. Pul hər şeyi bizim üçün əlçatan edir. İstədiyimiz, hətta istəmədiyimiz əşyalar, məkanlar, həmçinin insanlar da sizin üçün mümkünsüz olmur. Xoşbəxtlik hər şeyin olmasıdır? Deyəsən, yox. Axı varlıq sizə həm də acgözlüyü, paxıllığı, qıcqanclığı öz bərabərində gətirir. İnsanları süniləşdirir, sizi həqiqətdən ayırır. Münasibətlər cılızlaşır, simalar itir, gerçəklik yoxa çıxır. Artıq siz, sadəcə, pulsunuz. Yanınızdakı insanlar sizə insan gözü ilə baxmaq istəmir. Beləliklə, ömür xoşbəxt sanılan bir heçlik kimi sona yetir. Hər şey olmaq xoşbəxtlik deyil. Bəzilərimiz xoşbəxtliyi nüfuzda, ad-sanda görür. Siz hamının hörmət etdiyi, həmişə masanın başında oturan, söhbətdə tez-tez adı çəkilən adamsınız. Hamının böyüyü olan bir şəxsiyyət. Xoşbəxtlik böyüklükdür? Siz insan deyilsiniz, siz yaxşı əlaqə, lazımlı bir əşya, hər qapını açan bir açarsınız. Bəziləri üçün şantaj aləti, bəziləri üçünsə Tanrının