KG

KG
@madmonograph
Lise
Bakü
Sumgayıt
49 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Nəğmələr və Adamlar
9/10
·120 syf.··
Beğendi
·
2022 6. kitabı
·
23 günde okudu
·
Okunma: 21 Haziran 2022 21:08
Spoiler Nobel mükakafatı laureatı John Steinbeck kitab həvəskarlarına tanış yazıçıdır. Çoxları onu salxımlar və siçanlarla tanısa da, Steynbekin inciləri haqqında da danışılmalıdır. Onda, kitab nəğməsini oxumağa başlayaq. Zənginliklə xoşbəxtliyin arasındakı əlaqəni bəşər tarixində bir çox insan düzgün anlaya bilmədi. Başa düşmədikləri üçün də mirvarilər həmişə içində şeytanı saxladılar. O şeytanlar isə sərhədlərini mirvaridən də kənara daşıdılar və insanları heyvanlardan fərqləndirdilər. Mirvari isə bu sərhədləri pozan insanların həzin nəğmələrindən danışır. Adi bir insan necə acgözlüyünün qurbanına çevrilə bilər? Kinonun tamaşası belə başlayır, bütün insanlıq da onunla birlikdə rəqs edir. Bütün insanlıq mirvaridən yapışır və onun ətrafında fırlanır. Bütün insanlıq heç kimə lazım olmayan Kinoya mirvari ilə hörmət edir. Tamaşanın əsas hissəsi də burada başlayır. Bütün insanlıq tanrıya sitayiş etdi, daha sonra pula sitayiş etdi, həddindən artıq çox sevdi və hörmət etdi. Pul bizi də elə öyrətdi, biz də böyüdükcə bütün insanlığa - Kinonun heç vaxt bitməyəcək tamaşasına qoşulduq. Biz də digərlərinin ciblərinin böyüklüyünə hörmət etdik, daha sonra maşınlarının, daha sonra evlərinin, daha sonra da qəbirlərinin. Beləliklə insanlara nə Kinonun insanlığı, nə də Zamzanın tənhalığı maraqlı oldu, onlara sadəcə tək şey göründü. Biz düşünərək yox, düşünülərək var olduq. Özümüzü yuxarıda görmək istəyi bizi məhv etdi. Var-dövlətin köləsi olmuş insanlar da daha sürətlə işlədilər, yeni mirvarilər axtarmağa başladılar. Amma iblis Kinonu seçmişdi, inci onunla rəqs edirdi. Kinonun tamaşası burada düyümlənir. Mirvarinin parıltısı təkcə Kinonu yox, bütün insanların gözünü qamaşdırdı. Və hər şey bir anda baş verdi: mirvari Kinonun və bütün insanların qəlbinə yol tapdı. Xəyallara çatmaq üçün
Edebiyat
MirvariJohn Steinbeck · Qanun Nəşriyyatı · 201849,9bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!

KG

, bir kitap okudu
9/10
·120 syf.··
Beğendi
·
23 günde okudu
·
2022 6. kitabı
John Steinbeck
8.1/10 · 49,9bin okunma
İnsanı hər şeyə qane olan heyvanlardan onun böyük istedadı və bir də acgözlüyü ayırır.
Sayfa 36 - "Qanun" Nəşriyyatı·Kitabı okudu
İnsan
Kiçik Prins və kiçik insanlar haqda
10/10
·128 syf.··
Beğendi
·
2022 5. kitabı
·
18 saatte okudu
·
Okunma: 16 Haziran 2022 10:50
Minillərdir yazılmış əsərlər arasında sadəcə biri var ki, o, kiçik bir planetdə, şüşə örtüyün altında saxlanmalı və hər şeydən qorunmalıdır. Bu zaman quzuya ağızlıq lazım gələcək. Axı, həyatda hər şey ola bilər. Uşaqlığımızı yada salaq. Qarışqaların sıra ilə düzülüb yük daşıması, ya da kiçik soxulcanın torpaqda itməsi bizə necə də maraqlı gəlirdi. Onları da öz səviyyəmizdə görürdük. Onların uğuru bizi də sevindirirdi. Bunların bir məntiqi yox idi, amma Kiçik Prinsin də dediyi kimi, yalnız uşaqlar nə axtardıqlarını bilirlər. Biz sevinc axtarırdıq, sanki bu sevinc istəyi bizə qocaldıqca yaşaya bilmədiyimiz xoşbəxtlik duyğusunun yerini verirdi. Lakin böyüdükcə maraq dairəmiz rənglərdən rəqəmlərə, xəyallardan materiyaya doğru yönəlir. Bitməyən rəqəmlərə baxmaq, yalnız əllərimizlə maddi varlıqlara toxunmaq bizi əsl duyğulardan uzaqlaşdırır və öz aludəçisinə çevirir. Getdikcə korlaşan qocalar isə kiçik qarışqalara baxdıqda dedikləri tək bir şey olur: "Belə boş-boş şeylərə baxmaqla vaxt itirə bilmərəm. Mən ciddi adamam və ciddi işlərim var" Halbuki bütün ciddi saydığımız işlər də hər biri xoşbəxtliyi xidmət etmir mi? Deməli, həyatın mənası xoşbəxtlikdir? Xeyr. Biz böyüdükcə xoşbəxtliyin mənasını da itiririk. Daha doğrusu, bağlı olduğumuz materiyanın mənasını get-gedə itiririk. Tülkü isə deyirdi: Sənin gülünü qiymətli edən ona verdiyin dəyərdir, beş min qızılgülün heç biri ona bənzəməz. Uşaqlar isə harda xoşbəxtlik axtardıqlarını bilirlər; onlar bütün ürəklərini yolda gördükləri qarışqalara verirlər, artıq həmin qarışqalar Yerdəki bütün qarışqalardan fərqlidir. Və onların öz yuvalarına yemək aparmağı başqa bütün qarışqaların işindən daha dəyərli və sevinclidir. Ekzüperinin Kiçik Prinslə tanışlığı bir çoxumuzu özümüzlə qarşı-qarşıya qoydu. Kiçik Prins öz təmiz bədəni ilə
Edebiyat
Kiçik PrinsAntoine de Saint-Exupéry · Qanun Nəşriyyatı · 2019280,1bin okunma

KG

, bir kitap okudu
10/10
·128 syf.··
Beğendi
·
18 saatte okudu
·
Okunma: 16 Haziran 2022 10:50
·
2022 5. kitabı
Antoine de Saint-Exupéry
8.8/10 · 280,1bin okunma