KG

KG
@madmonograph
Lise
Bakü
Sumgayıt
49 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap

KG

, bir kitap okudu
10/10
·240 syf.·
Beğendi
·
25 günde okudu
·
Okunma: 12 Mart 2022 06:21
·
2022 4. kitabı
Sabahattin Ali
8.7/10 · 376,5bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Adətən belə fikirləşirlər ki, ancaq qocalar mühafizəkar olurlar, novatorlar isə - cavanlardır. Bu o qədər də ədalətli fikir deyil. Ən adi mühafizəkarlar - cavan oğlanlardır. Elə cavanlar ki, yaşamaq istəyirlər, amma necə yaşamaq barəsində fikirləşmirlər, fikirləşməyə heç vaxtları da yoxdu və buna görə də əvvəllər mövcud olmuş yaşayış tərzini özləri üçün nümunə götürürlər.
Sayfa 7 - "Qanun" Nəşriyyatı·Kitabı okudu
İnsan
"Əziz ata!"
10/10
·80 syf.··
Beğendi
·
2022 2. kitabı
·
35 saatte okudu
·
Okunma: 26 Şubat 2022 07:38
Kafkanı oxuduqca insanı heyrət bürüyür. Bu gənc insanın yazdığı qaralamalarda narahatedici bir qaranlıq var. Bu qaranlığın mənbəyi hər adamda fərqli olur. Amma Kafkanın qorxusu hamımızın qəhrəman adlandırdığı varlıq - ata olub. Bir çoxumuz uşaqlıqdan bəri atalarımızın qurduğu ideallar çərçivəsində böyümüşük. Filmlərdən, həyatdakı şəxsiyyətlərdən özümüzə məqsəd seçib həmin insanlara oxşamağa çalışmışıq. Bu insanlar yaraşıqlı, fiziki gücü yetərincə olan, digərlərinə başçılıq edə bilən, yüksək vəzifələrdə işləyən, insanlardan hörmət görən bir şəxsiyyət olub. Hər birimiz özümüzü bu insanlara çevirməyə çalışmışıq, istəmişik ki, biz də onlar kimi həyatda hər şeyə çatmış olaq. Bir çoxumuz da öz atamıza oxşamağa çalışmışıq. Çox vaxt bu alınır, biz formalaşaraq öz atamıza bənzəyirik və atamızın yaşadığı həyatı biz də yaşayırıq. Atalar da öz oğullarının onlara bənzədiyini gördükcə sevinir, öz beyin ideologiyalarını kiməsə ötürə bildiklərinə görə özlərinə oxşayan oğullarını həmişə dəstəkləyirlər. Amma bəzi uşaqlar bu zənciri istəmədən qırırlar. Onların qəlbi kövrək olur. Qorxaq olurlar, zəif bədənləri atalarının istədiyi oxşamaya dözə bilmir. Bu insanlar tərəfindən "bədbəxt" hesab edilən uşaqlardan biri də Kafka olub. Atası Kafkanın özü kimi güclü bir şəxsiyyət olmadığı üçün həmişə əzib, alçaldıb, ona zəif şəxsiyyətinə görə təsəlli verməyib. Beləcə Kafka böyüyür və bir gün qərar verərək atasına məktub yazmağa başlayır. Bu məktubun atasından elədiklərinə görə intiqam almaq, yoxsa sadəcə bir etiraf olduğunu bilmirəm, lakin nəticə dəyişməz qalır. İlk öncə bizə elə gəlir ki, Kafka atasına nifrət edir, indi əlinə fürsət düşmüşkən bu nifrəti atasının üzünə çırpır. Amma kitabdakı sətirlər hərəkət etdikcə anlayırıq ki, üstündən uzun illər ötməsinə, ailədəki üstünlüyün Kafkaya keçməsinə
Edebiyat
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202054,1bin okunma