Balaca şahzadə dedi:
- Sənin planetində adamlar bir bağda beş min gül yetişdirirlər…, ancaq axtardıqlarını tapa bilmirlər.
Mən razılaşdım:
- Tapa bilmirlər.
- Axı onların axtardıqlarını yeganə bir güldə, bir qurtum suda tapmaq olar…
- Əlbəttə, - deyə razılaşdım.
- Bəli, sənin nağıl etdiklərinin hamısı çox maraqlıdır, amma mən hələ təyyarəmi təmir etməmişəm, bir damcı da suyum qalmayıb, əgər sənin dediyin kimi, bulağa gedə bilsə idim, mən də xoşbəxt olardım.
- Mənim dostlaşdığım Tülkü…
- Əzizim, indi Tülkü-zad beynimə girmir.
- Nə üçün?
- Çünki susuzluqdan öləcəyəm.
- Yaxşı olar, həmişə eyni vaxtda gələsən, - deyə Tülkü xahiş etdi, - məsələn, əgər sən saat dörddə gələcəksənsə, mən saat üçdən özümü xoşbəxt hesab edərəm.