Məhəmməd İmanov

Qəm ye, lakin qəmini artıranların çörəyini yemə!
Ey yolçu! Sənə bir sıxıntı gəldiyi zaman o sənin qurtulmağın üçündür. Boş yerə üzülmə! Əgər daima yay mövsümü olsaydı, günəşin hərarəti bağı, bağçanı yandırıb-yaxardı. Qışın üzü sərtdir, amma şəfqətlidir. Yay nəşəlidir, gülümsəyir, amma yandırıcıdır. Sıxıntı gəldiyi zaman onda genişlik gör və təzələn! Alnını qırışdırma! Qəm ye! Lakin qəmini artıranların çörəyini yemə! Çünki ağıllı insan qəm yeyər, uşaq isə şəkər. Bu iki halı ovucunda gör! Yumruğunu sıxdıqdan sonra mütləq açarsan.
Sayfa 168·Kitabı okudu
Duygu ve Düşünce
Etimoloji Defteri
Mücellit Nedir ?
Dünya və axirət
Ana bətnindəki uşağa biri desə ki: «Bayırda çox düzgün, çox xoş bir dünya var. Eninə-uzununa geniş və müqəddəs yer üzü var. Orada çoxlu sayda nemətlər, saysız hesabsız yeməklər var. Dağlar, dənizlər, çöllər, bostanlar, bağlar, bağçalar, çəmənliklər var. Çox yüksək və işıqlarla dolu aydın olan bir göy üzü, günəş, ay, ulduzlar var. Cənubdan, şimaldan, şərqdən, qərbdən ruzigarlar əsir. Bağlar, bağçalar gəlinlər kimi bəzənmiş, sanki toy edirlər. Dünyanın təəccüblənəcək gözəllikləri, qəribə halları dillə anladıla bilməz ki… Sən ana bətnində, o qaranlıq yerdə sıxıntılar, möhnətlər içindəsən. Ey uşaq! Sən o dar işgəncə yerində çarmıxa çəkilmiş, qan əmməkdəsən. Həbsə düşmüsən, əziyyətlər içindəsən», uşaq öz halına baxar, vəziyyətinə görə şikayət etməz və söylənən bu sözləri inkar edər, bu xəbərlərə inanmaz. «Bu deyilən sözlər olmayacaq şeylərdir. Siz məni aldadırsınız!» deyər. Çünki kor bir şəxs də dünyanın bu qədər bəzəkli və gözəl olduğundan xəbərsizdir. O korun və ya ana bətnindəki uşağın anlayışı anladılana bənzər bir şey görmədiyi üçün inkar etməyə gətirib-çıxardı. Belə şeylər olacağı heç ağlına da gəlmirdi. Necə ki ana bətnindəki uşaq o pis qoxulu iyrənc yerdə içdiyi qana tamah edər və tamahı ona bu dünyaya aid sözləri eşitdirə bilməz, onu bu dünyanın sözlərinə qarşı pərdə ardında saxlayar, sən də ey yazıq insan, bu dünyanın gözəlliyinə tamah etməkdəsən və bu tamah o sonsuz aləmin, o məna aləminin gözəlliyinə pərdə olmaqdadır!
Sayfa 143·Kitabı okudu
Hayata Dair
Həzrəti Hüseynə (ə) ağladığın kimi, bir az da öz halına ağla! Bir nəfər bir qisim insanların özlərinə əziyyət verərək qışqırıb-bağıraraq ağlaşdığını görür. Yanlarına gedib nə etdiklərini soruşur. Onlar da: - Bu gün Həzrəti Hüseynin Yezid tərəfindən Kərbəlada şəhid edildiyi günün ildönümüdür. Biz o mübarək Peyğəmbər övladının yasını tuturuq, - deyirlər. O arif şəxs onlara bu ibrətli açıqlamanı edir: - Yezidin dövrü harada qaldı? Siz indiyə qədər yatırdınızmı ki, indi yas tutur, üst-başınızı parçalayırsınız? Ey yuxuda olanlar! Siz əvvəlcə özünüz üçün ağlayın! Çünki bu ağır yuxu çox pis bir ölümdür. İmam Hüseynin (ə) ruhu, Haqqa mənsub olan o uca ruh bədən zindanından xilas oldu. Nə üçün paltarlarınızı cırır, əlinizi dişləyirsiniz? İmam Hüseyn (ə) və ətrafında olanlar İslamın ən öndə gedənləri, hökmdarları idilər. Onlar əsarət zəncirlərini qırdılar. Onlar üçün matəm deyil, sevinc, səadət vaxtı gəldi. Onların halından zərrə qədər xəbərdar olsaydın, bilərdin ki, bu gün onların səltənət, gözəllik və Cənnət sultanı olduqları gündür. Xəbərin yoxdursa, get! Öz halına ağla, fəryad et! Öz xaraba könlünə, dininə ağla, fəryad et! Çünki sənin könlün bu fani dünyadan başqa bir şey görmür. Əgər könlün yaxşı insanların axirətdə qovuşacaqları səadəti görürsə, nə üçün ona tərəf cəsarətlə getmir? Nə üçün Haqqa etimad və təvəkkül etmir? Niyə qəlbini mənən zənginləşdirərək ehtiras və tamahdan çəkinmir? İmanının üzünə saldığı nur haradadır? Dinin sənə lütf etdiyi səadət haradadır, Allahın lütf və ehsan dənizinə daldığın halda nə üçün əlin, ovucun boşdur? Comərdliyin haradadır? Çayı görən, susuzlardan suyu əsirgəməz. Xüsusilə, Allahın feyz dəryasını görən, lütf buludlarına nail olan kimsə möhtac olanlara yaxşılıq edər, comərd olar.
Sayfa 142·Kitabı okudu
Din
Yaxşılıqlar, pisliklər, kinlər, nifrətlər gizli yollarla qəlblərdən-qəlblərə axmaqdadır. İnsan bəzən şeytanlaşır, bəzən də mələkləşir. Madam ki insanüzlü bir çox şeytan vardır, onda hər ələ əl vermək, hər əli tutmaq doğru deyildir. Mövlana bu vəhşi xislətlərdən xilas olmağın yollarını göstərir: - Hərisliyi, həsədi, kini qəlbindən çıxarıb at! Çirkin xasiyyətini, çirkin düşüncələrini dəyişdir! Hər şeyi inkar etmək sənə zərər verər. Az inkar et! İqrar (qəbul etmək) isə xeyirlidir. İqrarı çoxalt! Nə vaxta qədər ehtiyaclar içində çırpınan canı düşünəcəksən? Nə vaxta qədər bu sıxıntılarla, döyüşlərlə dolu dünya üçün qəm yeyəcəksən? Dünyanın səndən ala biləcəyi ancaq bu bədəndir. Sən özünü, bu maddi varlığını, çürüyərək qurdlara və qarışqalara yem olacaq bu ət yığınını bir zibillik hesab et və bu qədər düşüncələrə dalma!
Sayfa 140·Kitabı okudu
Hayata Dair
Susuzlar su axtardığı kimi, su da susuzları axtarar
Susuz bir şəxs «Ey dadlı su, haradasan?» deyə inləyər, fəryad edər. Su da «Ey susamış olan, ey su istəyən şəxs, haradasan?» deyə inləyər, ağlayar. İçimizə düşən bu susuzluq suyun bizi istəməsindən, bizi özünə çəkməsindən irəli gəlməkdədir. Çünki Allah bizi onun üçün, onu da bizim üçün yaratmışdır. Allahın hikməti qəza və qədəri ilə bizi bir-birimizə aşiq etmişdir. Biz suyu, su da bizi sevməkdədir. Cahanın bütün zərrələri o əzəli hökm səbəbi ilə cütdür. Hər cüt bir-birinə aşiqdir. Kəhrəbanın saman çöpünü çəkməsi kimi, aləmdə hər bir hissə də öz cütünü, tayını diləməkdədir.
Sayfa 118·Kitabı okudu
Duygu ve Düşünce