Məhəmməd İmanov

İtə bir qapıdan bir tikə yemək verilsə, o qapıya bağlanar və xidmət edər. Qapının gözətçisi olar. Ona əziyyət edilsə də, yeməyi layiqi ilə verilməsə də, o qapını tərk etməz. Sən də könül və könül əhlinin qapısından xeyli abi-həyat içdin. Gözlərin açıldı. Unutma!
Sayfa 76·Kitabı okudu
Duygu ve Düşünce
Etimoloji Defteri
Mücellit Nedir ?
Allahı sevənin biri onu bir səbəb üçün, məsələn, «Muradımı ver» deyə sevər. Digər bir sevənin isə Allaha sevgisi qarşılıqsızdır. Qərəzlərdən, səbəblərdən ayrı və uzaq olaraq Allahı sırf Allah üçün sevən haradadır? Məhz əsl muxlis (ixlaslı şəxs) odur.
Sayfa 72·Kitabı okudu
Din
İnsanı yaşadan nə qandır, nə də can. İnsanı yaşadan eşqdir, eşq, ey can!
Sayfa 67·Kitabı okudu
Hayata Dair
«Eşq sultanı» bir başqa dünyanın insanı idi. Nə evində idi, nə də dünyada. Hüzurunda hüzur tapdığı Rəbbinin qatında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi. Mövlananın otağına girdi və oradan yerə sərilən xalçanı götürüb getdi. Bir neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi. Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi: - Buraxın o yazığı! Ehtiyacı olduğu üçün etmişdir. Üzrlü hesab edin. Artıq xalça onundur. Ya da pulunu verib xalçanı satın alın! Bu hadisə bir çox yazıçı və şairə ilham qaynağı oldu. Hadisədən əsrlər sonra Viktor Hüqo bu gözəlliyi götürüb romanında canlandırdı. «Səfillər» adlı bu roman klassiklər arasında sayıldı. Lakin həmin kitaba görə o gözəlliyin qəhrəmanı Mövlana deyil, bir xristian rahibi idi.
Sayfa 50·Kitabı okudu
Edebiyat & Roman
Çox uzun saqqal sufilərin xoşuna gəlir, lakin sufi saqqalını darayana qədər arif Allaha çatar!
Sayfa 39·Kitabı okudu
Din