Əmbiyə Məmmədova

Əmbiyə Məmmədova
@mammedofhaa_
BOYKOT!!!
Vicdanımızla baş-başa qalmağın vaxtıdır! Mən alsam nə olacaq almasam nə olacaq deməyin. Tək deyilsiniz. Nəinki müsəlmanlar, vicdanı olan hər kəs bu mövzuda həssas davranır. Biz o məhsulları almasaq, yeməsək ölmərik amma, günahsız insanlar, uşaqlar ölür. Amansızca öldürülür... Ən azından əllərimizdə körpə qanı olmayacaq. Hesab günü alnımız açıq olacaq Unutmayın aldığınız bir məhsul-bir silah və bir ölüm deməkdir. Zalımlardan olmayaq!
#RafahOnFire
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Tanrı yoluyla getsən, nə qəm ye, nə qüssə çək, Evindən yavanlığın heç vaxt əskilməyəcək. Tanrı qapısında ol, o hər kəsdən uludur, Ruzunu ondan istə, ruzu verən də odur. Kim içəri girdisə Tanrının qapısından, Əliboş qayıtmadı səbəbsiz yerə, inan!
"Lider"nəşriyyat·Kitabı okudu
Başımız üstündə həmişə yumruq, Halal adımızı deməyə qorxduq. Damğa da vuruldu hələ bu ada, Dandıq qorxumuzdan öz babamızı. Kifayət deyilmiş bu da cəllada, Dəyişdi minillik əlifbamızı. Yenə soyumadı cəlladın kini, O elə düşündü, elə bildi ki, Latına keçməklə biz yeniləşdik. O, buna dözmədi... on il keçməmiş Cəlladın əmrilə Kirilə keçdik. Beləcə, qaraldı mənliyin şamı, Bulandı dilimin büllur çeşməsi. Bir deyən olmadı, əlifbadamı Qocaman millətin yeniləşməsi?! Əgər belədirsə, ədalət hanı? Niyə dəyişmədin öz əlifbanı? Sənin sadiq qulun, - mənim soydaşım, O, yerli rəhbərim, cahil kütbaşım, Susdu, danışmadı, yumdu ağzını. Çünki o görmədi, görə bilməzdi Sənin məqsədinin əsl məğzini. Sən qanıb, düşünüb keçdin bu qəsdə, O gün dünənimdən intiqam aldın. Mənim min-minillik tarixim üstdə "Şalako"oynadın, məndən kam aldın. Bir qənim kəsildin mənə o ki var, Minillik ruhumun tutdun yasını. On ildə neçə yol dəyişmək olar, Bir xalqın minillik əlifbasını?
"İki şeydən nifrət edirəm: Dindar cahildən və imansız alimdən." Aliya İzzetbegoviç
1000Kitap
ƏDALƏTLİ VƏ İNSAFLI OLMAĞA DAİR
Hansı könüllərdə ki, dindən od var, əsər var, İkinci dünyadan da xəbər tutmuşlar onlar. Əlində, ovcundadır hər nə varsa dünyada, Dinin dərdini çək ki, sərvətin olsun o da. At aləmi, tut dini... var ikən bu cür imkan, Bu alverdə nə üçün aldatsın səni şeytan? Din adlı kəhrəbanın arpa boyda zərrəsi, Bir batmanlıq iksirin bərabəri, əvəzi. Tök ətəyindən daşı, cəvahiri satın al, Dəyiş qara torpağı saf qızıla, qalx, ucal! Bu alverdə, bu yolda ruzuya çatmaq asan, Bir alıb, on verirsən, düz on qat qazanırsan. Bu qazancdan faydalı daha nə var cahanda? Bu ziyansız alverdən xeyir götür bir anda.
Sayfa 96 - "Lider"nəşriyyat·Kitabı okudu