Əmbiyə Məmmədova

Əmbiyə Məmmədova
@mammedofhaa_
6 Temmuz 2004
39 okur puanı
Ekim 2023 tarihinde katıldı
ƏSRDAŞLARIN YARAMAZLIĞINA DAİR
Tüstü olub boğarlar bircə zəka görsələr, Yel olub söndürərlər, bir çıraq yansa əgər. Halına bax dünyanın, gör kimlərdi rəhbəri? Kimlər məngirləməkdə ən gözəl mövqeləri?!
Sayfa 202 - "Lider" nəşriyyat·Kitabı okudu
Reklam
SİRR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI
Baş saxlamaq istəsən, boşboğazlıq eləmə, Sirrini gündüz kimi tökmə bütün aləmə. Dilini saxlayanlar nə dolaşır, nə çaşır, Hürmək yalnız qudurğan köpəklərə yaraşır. Tez kəsilər uzun dil, unutma bircə an da, Dil ağızda gözəldir, qılınc isə qınında. Rahatlığın rəhnidir bu öyüdün mənası, Dilin ucundan gəlir canın-başın bəlası. İstəsən ah çəkməsin qanlı ləyəndə başın, Dilini dişinlə kəs, sirri açmaqdan daşın!
Sayfa 190 - "Lider" nəşriyyat·Kitabı okudu
Sırr
Qureyşin islamiyyətə qarşı durmaq üçün göstərdiyi bu hərəkətlər və təzyiq çox heyrətamiz idi. Görəsən onları buna sövq edən nə idi? Peyğəmbəri, Peyğəmbərin ailəsini hədələdilər. İslam dini ilə bu dini qabul edənlərə sataşdılar. Həzrəti Peyğəmbəri gözdən salmaq üçün hər çarəyə baş vurdular. Onu aldatmaq üçün mal və səltənət vəd etdilər. İnsan ehtiraslarını təhrik edə bilən hər cürə vədi verdilər, müsəlmanları yerlərindən-yurdlarından ayrılmağa məcbur etdilər, mallarına göz qoydular. Müsəlmanları ac buraxaraq din yolundan döndərmək istədilər. Ancaq bütün bu cəhdlər boşuna getdi. Həzrəti Peyğəmbər bütün insanları haqq yoluna dəvət etməyə davam etdi. Bəşəriyyəti nura və hidayətə çıxarmaq, fəzilət və səadətə qovuşdurmaq üçün hər şeyə dözdü.
Sayfa 123 - Diyanet İşleri Başkanlığı·Kitabı okudu
Sorun cahil olman değil, kendini alim sanman. Şeyh Sadi Şirazi
Cahillik