Kyerkoqorun hikmətamiz bir hekayəsində deyilir ki, xoşbəxtliyə qapı "bayır"dan açılır, yəni onu "içəri"dən açmağa cəhd göstərən adam bunu bacarmayacaq.
Hisslər səbəb deyil. Kiminsə özünü yorğun, tükənmiş hiss etməsi yolun yarısında dayanmaq üçün səbəb ola bilməz. Hər şey yolu davam etdirməyin, həqiqətən də, bir məna kəsb etməsinə əmin olmaqdan asılıdır, o zaman insan yorğunluğunu dəf etmək üçün özündə güc tapır. Həyatın mənasını dərk etmək, yorğunluğa baxmayaraq, yola davam etməyin mənasını başa düşmək... Bu yaşamağa davam etməyin əks arqumenti deyil. Yaşamağa davam etmək yalnız həyatın mənasını qeyd-şərtsiz qəbul etməklə mümkündür.